27 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanın müdafiə naziri ilə görüşüb

25 May 2023

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Parlamentin Müdafiə Palatasını ziyarət edərək bu ölkənin Federal müdafiə naziri cənab Asif Muhammed Xavaca ilə görüşüb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqları salamlayan Pakistanın müdafiə naziri Azərbaycan ilə Pakistan arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ölkəmizlə hərbi əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Dövlətlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərdə qarşılıqlı dəstək göstərdiyini qeyd edən nazir ölkələrimizin yerləşdiyi bölgələrdə yaranmış vəziyyət və yeni çağırışların hərbi əməkdaşlığımızın möhkəmləndirilməsini zəruri etdiyini diqqətə çatdırıb.

Cənab A.M.Xavaca hər iki ölkə ordularının döyüş qabiliyyətinin artırılması, bu sahədə təcrübə mübadiləsinin aparılması, habelə əldə olunan nailiyyətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Qəbula görə təşəkkürünü bildirən general-polkovnik K.Vəliyev Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını cənab A.M.Xavacaya çatdırıb.

Baş Qərargah rəisi Pakistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu xüsusi qeyd edib.

General-polkovnik K.Vəliyev azad edilmiş ərazilərdə aparılan mühəndis və bərpa-quruculuq işləri, həmçinin Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə törətdiyi təxribatlar və bu təxribatlara qarşı görülən tədbirlər barədə Pakistanın müdafiə nazirinə ətraflı məlumat verib.

Tərəflər birgə təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, o cümlədən qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib, Azərbaycan ilə Pakistan arasında hərbi və hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə Azərbaycanın Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Xəzər Fərhadov da iştirak edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…