123 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Bolqarıstan nümayəndə heyəti ilə görüşüb

18 Yanvar 2022

Yanvarın 18-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının rəisi general-mayor Qrudi Angelovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqları salamlayan general-polkovnik K.Vəliyev Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın möhkəmlənməsində belə görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general-mayor Q.Angelov ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hərbi təhsil sahəsində təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə hərbi qulluqçuların, o cümlədən mülki işçilərin bilik və bacarıqlarının artırılması istiqamətində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də hərbi təhsil sahəsində maraq doğuran digər məsələlər müzakirə edilib.

https://azertag.az/xeber/Azerbaycan_Ordusunun_Bas_Qerargah_reisi_Bolqaristan_numayende_heyeti_ile_gorusub-1978842

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…