37 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan Ordusunda sürücülərin peşəkarlıq səviyyəsi artırılır

16 Dekabr 2022

Azərbaycan Ordusunda sürücü ixtisası üzrə xidmət edən hərbi qulluqçuların peşəkarlığının və hazırlıq səviyyəsinin artırılması məqsədilə hərbi hissələrdə və təlim mərkəzlərində nəzəri-praktiki məşğələlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən TELEJURNAL-a bildiriblər ki, məşğələlərdə əsas məqsəd sürücülərə hərbi nəqliyyat vasitələrinin istənilən hava şəraitində və müxtəlif relyefli ərazilərdə təhlükəsiz idarə edilməsini, eləcə də texnikanın təyinatı üzrə düzgün istismarını və texniki qulluğun göstərilməsini öyrətməkdir.

Qeyd edək ki, məşğələlərin səmərəli keçirilməsi üçün hərbi hissələr zəruri tədris vasitələri, avadanlıq və qurğularla tam təmin olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…