45 baxış
Bu yazını paylaşın
Siyasi

“Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əks-hücuma keçib”

05 Oktyabr 2020

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın hərbi təxribatları ilə əlaqədar “Ukraina-24” telekanalına müsahibə verib.

“telejurnal” AzərTAC-a istinadən xəbər verir ki, Prezidentin köməkçisi müsahibəsində Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları və dövlətimizin özünün suveren ərazisini müdafiə etməsi, mülki insanlarımızın, obyektlərimizin atəşə məruz qalması barədə danışıb.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan 30 ilə yaxındır münaqişənin dinc yolla həllinə çalışıb. Azərbaycan ATƏT-in Minsk qrupu formatında münaqişənin həllində maraqlı olub, lakin Ermənistan həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirib.

“Ermənistanın baş naziri “Qarabağ Ermənistandır və nöqtə” deməklə danışıqlar prosesini pozmaqda maraqlı olduğunu göstərib, qeyri-konstruktivlik nümayiş etdirib. Bundan başqa, Ermənistan ordusu təxribatlar törədərək Azərbaycanın mülki insanlarını qətlə yetirməyə, evləri, mülki obyektləri atəşə tutmağa başlayıb. Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əks-hücuma keçib”, – deyə Prezidentin köməkçisi əlavə edib.

Hikmət Hacıyev, həmçinin Azərbaycan və Ukraynanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiklərini xatırladıb, bunun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğunu söyləyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…