53 baxış
Bu yazını paylaşın
Siyasi

“Azərbaycan Ordusu heç bir kənar qüvvəyə ehtiyac duymayacaq qədər güclüdür”

01 Oktyabr 2020

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bəzi xarici media agentlikləri tərəfindən yayılan guya ki, Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı iddiaları şərh edib.

“telejurnal” “Qafqazinfo”ya istinadən xəbər verir ki, açıqlamada deyilir:

“Son günlərdə bəzi xarici KİV-də guya ki, Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı tamamilə yalan və iftira dolu qarayaxma kampaniyasının aparıldığını müşahidə edirik. Heç bir fakta əsaslanmayan, uydurma şəxslərlə müsahibələr şəklində yayılan bu iddiaların arxasında Ermənistanın durduğu heç bir şübhə doğurmur.

Bu qarayaxma kampaniyasının məqsədi Ermənistan tərəfindən son zamanlar nümayişkaranə şəkildə həyata keçirilən və beynəlxalq humanitar hüququn kobud pozulması halı olan Yaxın Şərq ölkələrindən terror təşkilatlarının nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinin yaratdığı mənfi beynəlxalq ictimai rəyi kompensasiya etmək cəhdidir.

Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı zamanı hərbi əməliyyatlarda terror qruplaşmalarından və muzdlu döyüşçülərdən istifadə edildiyinə dair çoxsaylı faktlar mövcuddur. Hazırda da Ermənistan rəhbərliyi bu siyasəti davam etdirərək, həyata keçirdiyi yeni təcavüz aktı çərçivəsində Azərbaycana qarşı ekstremist ünsürlərdən geniş istifadə edir. Belə ki, Ermənistanın hərbi məqsədlər üçün istifadə ediləcək “könüllü döyüşçü dəstələrin” yaradılması planı, məhz illər ərzində Yaxın Şərq bölgəsindən Ermənistana köçürülmüş terrorçuların “xidmətlərindən” istifadə  etmək məqsədi güdür.

İllərdən bəri ağır demoqrafik böhran yaşayan və bunun nəticəsində silahlı qüvvələrini komplektləşdirmək iqtidarında olmayan Ermənistandan fərqli olaraq, Azərbaycanın tam komplektləşdirilmiş silahlı qüvvələri mövcuddur və bu silahlı qüvvələr qarşıya qoyulan məqsədə nail olmaq üçün hər hansı bir kənar qüvvəyə, xüsusilə də qeyri-nizami qruplaşmalara ehtiyac duymayacaq qədər peşəkar və güclüdür.

Bu uydurma iddialar sadə məntiqə sığmadığı kimi, hərbi-texniki cəhətdən də tutarsızdır. Müxtəlif mənbələr guya ki, Azərbaycana bir-neçə yüz civarında muzdluların gətirildiyini iddia edir. O zaman belə bir sual ortaya çıxır; iki nizami ordunun mümkün toqquşması kontekstində azsaylı qeyri-nizami dəstələr qüvvələr balansında nə dəyişiklik edə bilər? Əlbəttə, dezinformasiyanı yayanlar bu suala cavab vermək iqtidarında deyil.

Bir daha, Azərbaycana qarşı aparılan bu çirkin iddiaları qətiyyətlə rədd edir və Azərbaycan Ordusunun öz beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü təmin etmək üçün heç bir kənar qüvvəyə ehtiyacı olmadığını vurğulayırıq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…