362 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan nümayəndə heyəti Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında iştirak edəcək

26 Noyabr 2021

Noyabrın 26-da Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında və Assambleya çərçivəsində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında iştirak etmək üçün İspaniyanın paytaxtı Madrid şəhərinə səfər edəcək.

‘TELEJURNAL’ xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Nigar Arpadarai, Kamran Bayramov, Qüdrət Həsənquliyev, Elnur Allahverdiyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında müzakirə olunan məsələlərə nümayəndə heyətimiz öz münasibətini bildirəcək, qeyd və təkliflərini verəcək. Assambleya çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan tərəfinin təşəbbüsü ilə keçiriləcək Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında çıxış edəcək. Tədbirdə iştirak edən nümayəndə heyətləri başçılarının müraciətləri dinləniləcək.

Səfər çərçivəsində Milli Məclis sədrinin tədbirlərdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Səfər noyabrın 29-da başa çatacaq.

https://azertag.az/xeber/Azerbaycan_numayende_heyeti_Qosulmama_Herekatinin_Parlamentler_Sebekesinin_tesis_iclasinda_istirak_edecek-1936420

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…