24 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan nümayəndə heyəti Bolqarıstanda keçirilən beynəlxalq konfransda iştirak edib

16 Aprel 2022

Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının 110 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizi bu konfransda Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Konfransın plenar iclasında general-leytenant H.Piriyev “İkinci Qarabağ müharibəsi yeni nəsil müharibə kimi” mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Bolqarıstanda keçirilən beynəlxalq konfransda Azərbaycan ilə yanaşı, Polşa, İsveç, Şimali Makedoniya və Gürcüstandan olan 100-dən çox məruzəçinin də çıxışları dinlənilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin G.S.Rakovski adına Hərbi Akademiyanın və V.Levski adına Milli Müdafiə Universitetinin rəhbərləri, eləcə də Veliko Tarnovo şəhərinin meri ilə görüşü keçirilib.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…