25 baxış
Bu yazını paylaşın
İdman

Azərbaycan millisinin məşqçisi: “Həmişə qorxularımızla yarışırıq”

22 May 2023

“Həmişə qorxularımızla yarışırıq, rəqiblərə baxmırıq. Amma hansı səviyyədə olduğumuzu görmək üçün onların fəaliyyətini təhlil edirik”.

Telejurnal xəbər verir ki, bunu bədii gimnastika üzrə Azərbaycan millisinin məşqçisi Siyana Vasileva Bakıda keçirilən 39-cu Avropa çempionatı ilə bağlı mətbuat konfransında danışarkən deyib.

27 yaşlı mütəxəssis Azərbaycanın qrup hərəkətləri komandasının Avropa çempionu olmasından məmnunluqlarını bildirib: “Çempionat bizim üçün uğurlu alındı. Doğma arenada çıxış etmək həmişə çətindir. Ancaq belədə daha yaxşısını edə bilərsiniz. Açığı, birinci yer haqqında düşünmürəm. Sadəcə, öz işimi görürəm”.

Bolqarıstanlı məşqçi onlara təzyiqin gimnastlardan daha çox olduğunu vurğulayıb: “İdmançıların psixoloji hazırlığının qaydasında olması üçün əlimizdən gələni edirik. Bu dəfə 5 halqa ilə milli musiqidən bir parça səsləndi. Bundan xoşum gəldi. Çoxnövçülükdə də qalib gəlmək mümkündür. Bunun üçün çox çalışmaq lazımdır”.

S.Vasileva yeniyetmələrlə bağlı dəyişikliklər olacağını da deyib: “Aşağı yaş qrupundakı idmançılar böyüklərin komandasına düşməyə hazırlaşacaqlar”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…