46 baxış
Bu yazını paylaşın
Uncategorized

Azərbaycan millisi Monteneqroya uduzdu

10 Oktyabr 2020
Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

“telejurnal” “Qaynarinfo”ya istinadən xəbər verir ki, Canni De Byazinin rəhbəri olduğu kollektiv III turda qrup lideri Monteneqronun qonağı olub.

Podqoritsa şəhər stadionunda təşkil olunacaq qarşılaşmada hesab 9-cu dəqiqədə açılıb. Stevan Yovetiçin qolu millizimin hesabda geri düşməsinə səbəb olub. 72-ci dəqiqədə isə İqor İvanoviç oyunun ikinci və sonuncu qolunu vurub. Bununla da komandamız 0:0 hesabı ilə yenilib.
Qrupun digəri oyununda Lüksemburq Kipri qəbul edib. Bu görüşdə də iki qol vurulub və meydan sahibləri qələbə qazanıb – 2:0.
Qeyd edək ki, ilk turda Bakıda Lüksemburqa 1:2 hesabı ilə uduzan, daha sonra Nikosiyada Kipri 1:0 hesabı ilə məğlub edən Azərbaycan millisi növbəti oyununu ayın 13-də kiprlilərə qarşı keçirəcək. Bu görüş Bakıda komendant saatı olduğundan, Albaniyanın Elbasan şəhərindəki eyniadlı stadionda baş tutacaq.
UEFA Millətlər Liqası
C liqası, III tur
1-ci qrup
10 oktyabr
Monteneqro – Azərbaycan 2:0
Qollar: Stevan Yovetiç, 9. İqor İvanoviç, 72.
Monteneqro: 12. Milan Miyatoviç, 20. Momçilo Raspopoviç, 6. İqor Vuyaçiç, 22. Marko Simiç. 2. Risto Radunoviç, 8. Marko Bakiç (18. Neboyşa Kosoviç, 63), 4. Nikola Vukçeviç (19. Miloş Raiçkoviç, 81), 21. Aleksandar Bolyeviç (23. İqor İvanoviç, 71), 10. Stevan Yovetiç (k) (7. Marko Yankoviç, 81), 17. Sead Hakşabanoviç, 9. Dino İslamoviç (11. Fatos Beçiray, 71).
Ehtiyat oyunçular: 1. Daniyel Petkoviç, 13. Miloş Draqoyeviç, 3. Aleksandar Şofranats, 5. Darko Bulatoviç, 14. Deni Hoçko, 15. Marko Vukçeviç, 16. Branislav Yankoviç.
Baş məşqçi: Faruk Hacibegiç.
Azərbaycan: 1. Emil Balayev, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k) (3. Azər Salahlı, 46), 13. Abbas Hüseynov 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 2. Qara Qarayev (8. Coşqun Diniyev, 60), 16. Elvin Camalov, 9. Əli Qurbani (11. Ramil Şeydayev, 60), 22. Rəhim Sadıxov (17. Rəhman Hacıyev, 61), 19. Namik Ələsgərov (22. Mirabdulla Abbasov, 79).
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədliyev, 23. Aydın Bayramov, 6. Vüqar Mustafayev, 7. Araz Abdullayev, 14. Elvin Bədəlov, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev.
Baş məşqçi: Canni de Byazi.
Sarı vərəqələr: Marko Bakiç, 62. Aleksandar Bolyeviç, 63 – Bədavi Hüseynov, 41. Namik Ələsgərov, 64. Coşqun Diniyev, 90+6.
Hakimlər: Rikardo de Burqos Benqoeçea, Roberto del Palomar, Pau Sebrian Devis, Xavyer Estrada Fernandes (İspaniya).
Hakim-inspektor: Paskal Qaribyanı (Avstriya).
UEFA nümayəndəsi: İqor Radoyiçiç (Serbiya).
Podqoritsa. Şəhər stadionu.
Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…