47 baxış
Bu yazını paylaşın
Uncategorized

Azərbaycan millisi bu gün Sloveniya ilə yoldaşlıq görüşü keçirəcək

11 Noyabr 2020
Azərbaycan millisi bu gün Sloveniya ilə yoldaşlıq görüşü keçirəcək

Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Lyublyana şəhərində Sloveniyanın qonağı olacaq. Qarşılaşmanı macarıstanlı referi Ferents Karako idarə edəcək.

Bu, De Byazinin rəhbərliyi altında ilk yoldaşlıq matçı olacaq. Digər tərəfdən, Azərbaycan yığması tarixində ilk dəfə Sloveniya ilə üz-üzə gələcək. Milli bu rəqiblə seçmə mərhələlərdə və yoldaşlıq oyunlarında qarşılaşmayıb.

Komandaya noyabr ayındakı 3 oyun üçün 29 futbolçu dəvət olunub. Həmin siyahıda heç bir legioner yer almayıb. Sloveniya ilə duel yığmanın Millətlər Liqasındakı qarşılaşmalarına hazırlıq məqsədi daşıyacaq.

Milliyə ilk dəfə çağırılan “Qarabağ”ın hücumçusu Musa Qurbanlının, Neftçi”nin müdafiəçisi Mert Çelikin və “Sumqayıt”dan Xəyal Nəcəfovun Sloveniya ilə matçda debüt edəcəyi ehtimal olunur.

Əvəzində “Sabah” klubunda çıxış edən yığmanın aparıcı futbolçusu Bəhlul Mustafazadə zədə səbəbindən ilin son matçlarında iştirak edə bilməyəcək.

Yoldaşlıq oyunu
23:45. Sloveniya – Azərbaycan
Baş hakim:
 Ferents Karako (Macarıstan)
Lyublyana. “Stojitse” stadionu

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də Monteneqro, noyabrın 17-də Lüksemburqla UEFA Millətlər Liqasının qrup mərhələsində son oyunlarında üz-üzə gələcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…