38 baxış
Bu yazını paylaşın
Uncategorized

Azərbaycan millisi bu gün Monteneqro ilə qarşılaşacaq

14 Noyabr 2020
Azərbaycan millisi bu gün Monteneqro ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda UEFA Millətlər Liqasının V turunda Monteneqronu qəbul edəcək.

C Liqasının 1-ci qrupundakı qarşılaşma ölkədəki hərbi vəziyyətlə əlaqədar Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda baş tutacaq.

Bunadək 4 xal toplaya bilən yığma xal itirəcəyi təqdirdə qrup qalibi olmaq imkanından məhrum olacaq. Qazanılacaq 3 xal isə komandanın C Liqasında qalmasını rəsmiləşdirəcək.

Yığma qələbə qazana bilməsə də bu liqada qalması mümkündür. Qrupun digər görüşündə Kipr Lüksemburqu qəbul edəcək. Meydan sahibləri Azərbaycan seçməsindən yaxşı nəticə göstərməsə C Liqasında qalmaq üçün pley-offda mübarizə aparacaq.

Qrupda ilk pillənin də taleyinə aydınlıq gələ bilər. Yığma Monteneqronu məğlub etsə, Lüksem isə qələbə qazansa B Liqasına vəsiqənin sahibi müəyyənləşəcək. Görüşlər belə yekunlaşsa, son turda Azərbaycan seçməsi ilə üz-üzə gələcək Lüksemburq qrup qalibi olacaq.

Millətlər Liqası
V tur
21:00. Azərbaycan – Monteneqro
Baş hakim: 
Sergey İvanov (Rusiya)
Zapreşiç (Xorvatiya). “Ivan Laljak-Iviç” stadionu

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…