21 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan-Mərakeş birgə ikitərəfli komissiyasının iclasının keçirilməsi planlaşdırılır

01 Avqust 2023

Yaxın vaxtlarda Azərbaycan-Mərakeş birgə ikitərəfli komissiyasının iclasının keçirilməsi planlaşdırılır.

TELEJURNAL   xəbər verir ki, bu barədə Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş bu ölkənin dövlət bayramı – Mərakeş Kralı VI Məhəmmədin taxta çıxmasının ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, komissiyanın iclası ölkələrə həm hüquqi bazalarını, həm də sektorlararası əməkdaşlığı daha da gücləndirməyə və şaxələndirməyə imkan verəcək.

Diplomat vurğulayıb ki, Mərakeş və Azərbaycan yaxın bir neçə ay ərzində ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcək bir sıra mühüm tədbirlərə hazırlaşır, iki ölkə arasında yüksək səviyyəli səfərlər nəzərdə tutulub.

“Hər iki ölkənin ombudsmanının qarşılıqlı səfəri vətəndaş hüquqlarının təşviqi və müdafiəsi sahəsində əməkdaşlığın yeni səhifəsini açıb. Əməkdaşlıq təhsil, mədəniyyət, idman, eləcə də minalardan təmizləmə kimi sahələrdə genişləndirilib”, – o əlavə edib.

A.Embarş, həmçinin Mərakeşin ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…