77 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan MDB PA-nın Büdcə-nəzarət komissiyasının iclasında təmsil olunub

24 Fevral 2022

Fevralın 24-də Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlament Assambleyası (MDB PA) Büdcə-nəzarət komissiyasının videokonfrans formatında iclası keçirilib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki,  Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, iclasda quruma daxil olan ölkələrin parlament üzvləri, MDB PA Şurası Katibliyinin vəzifəli şəxsləri iştirak ediblər.
Ölkəmizi bu tədbirdə MDB PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, deputat İqbal Məmmədov təmsil edib.
Komissiyanın iclasında assambleyanın fəaliyyətinin maliyyələşdirilməsi, büdcənin formalaşdırılması və icrası ilə bağlı məruzələr dinlənilib, məsələlər müzakirə olunub. Həmçinin MDB PA-nın Büdcə-nəzarət komissiyasının 2021-ci ildəki fəaliyyətinin yekunları nəzərdən keçirilib, qərarlar qəbul edilib.
İclasın yekununda komissiyanın növbəti iclasının tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…