31 baxış
Bu yazını paylaşın
İqtisadi

Azərbaycan mayda mobil internetin sürətinə görə 3 pillə irəliləyib

16 İyun 2023

Bu ilin may ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 181 ölkə arasında 29,14 MB/S sürətlə 116-cı yerdə qərarlaşıb.

Telejurnal  “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bu aprel ayı ilə müqayisədə dəyişiklik olmamasını göstərir.

Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (241,35 MB/S), sonuncu yeri isə Kuba (1,93 MB/S) tutub.

Məlumata görə, ölkəmiz mayda mobil internetin sürətinə görə 140 ölkə arasında 40,97 MB/S sürətlə 55-ci yerdə qərarlaşıb. Bu isə aprelə nisbətən pillə irəliləmə deməkdir.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (181,79 MB/S), sonuncu – 140-cı yeri isə Əfqanıstan (4,3 MB/S) tutub.

Bundan başqa, mayda Bakı şəhəri mobil internetin sürətinə görə 2 pillə irəliləyərək 43,08 MB/S sürətlə 172 şəhər arasında 72-ci yerə sahiblik edib.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 207,35 MB/S sürətlə BƏƏ-nin Dubay şəhəri, sonuncu yeri isə 1,07 MB/S sürətlə Sudanın Xartum şəhəri tutub.

Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 31,27 MB/S sürətlə 137-cı pillədə qərarlaşıb ki, bu da pillə geriləməkdir.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 190 şəhər rəqabət aparıb. Siyahıya Çinin paytaxtı Pekin 268,09 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,83 MB/S sürətlə sonuncu olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…