31 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan-Litva biznes forumu ölkələr arasında tərəfdaşlıq üçün yeni imkanlar açır

23 May 2023

“Azərbaycan-Litva biznes forumu xüsusilə Avropanın enerji müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi baxımından çox mühüm hadisədir”.

Telejurnal xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri çərçivəsində Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumunda iştirak edən investisiya şirkətinin təsisçisi Tomas Frater deyib.

“Azərbaycanın enerji məsələlərində rolu çox böyükdür. Biz sizinlə bu sahədə əməkdaşlıqda maraqlıyıq. Burada mövcud olan enerji resursları nəzərə alınmaqla, gələcəkdə də Azərbaycana sərmayələr yatırılması mümkündür”, – o bildirib və Azərbaycanın Avropanın enerji bazarında ciddi oyunçu kimi mühüm əhəmiyyət kəsb etdiyini bir daha vurğulayıb.

T. Frater yaxın gələcəkdə Bakıda əməkdaşlıq məsələlərinin müzakirəsini səbirsizliklə gözlədiyini deyib: “Biz həmçinin Azərbaycanın enerji resurslarının inkişafı sahəsində səylərini dəstəkləməyə hazırıq”.

Kənd təsərrüfatı məhsullarının emalı və ekoloji təmiz qida məhsullarının istehsalı ilə məşğul olan digər bir litvalı sahibkar Gintas Stasiunaitis istehsal etdikləri məhsulları Azərbaycan bazarında satmaqda maraqlı olduğunu bildirib. G.Stasiunaitis daha əvvəl də Azərbaycan-Litva forumunda iştirak etdiyini və bunun rəhbərlik etdiyi şirkətin əməkdaşlığın qurulmasına və məhsullarının Azərbaycana tədarükünə kömək etdiyini nəzərə çatdırıb.

“Biz ümid edirik və hətta əminik ki, bu forum daha da uğurlu olacaq və biz yeni əlaqələr qura biləcəyik. Azərbaycan çox yaxşı tərəfdaşdır, biz bunu bilirik, çünki biz burada artıq uğurla layihələr həyata keçirmişik”, – o deyib.

Texnologiyalar və neft-kimya proseslərinin təhlili sahəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq edən şirkəti təmsil edən Riçardas Sprana da bu biznes forumu işgüzar əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi, həmçinin hər iki tərəf üçün faydalı olan yeni layihələrin aşkar olunması üçün yaxşı fürsət kimi qiymətləndirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…