31 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan lideri: “Bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər gücümüzü daha da artıracaq”

13 İyun 2023

“Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, bundan sonra Azərbaycan Ordusu Türkiyə modeli əsasında inkişaf edəcək. Biz bunu əyani şəkildə görürük. Bu dəstəyə görə də Sizə (Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana – red.) xüsusi təşəkkürümü bildirmək istəyirəm”.

Telejurnal  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Bakıda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatı zamanı deyib.

“Bugünkü dünyada güc faktoru ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı. Nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ona görə də bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər bizim gücümüzü daha da artıracaq. Həm bölgədə, həm də dünyada”,- Azərbaycan Prezidenti bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…