26 baxış
Bu yazını paylaşın
İdman

Azərbaycan komandasının bayraqdarı: “Avropa Oyunlarında qızıl medal qazana bilərəm”

23 İyun 2023

“Hədəfim ilk “3-lüy”ə düşməkdir. Əminəm ki, qızıl medal da qazana bilərəm”.

Bunu “Telejurnal” ın Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında III Avropa Oyunlarında kamandan oxatma yarışlarında qadınlar arasında fərdi mübarizədə ilkin təsnifat mərhələsini 645 xalla 23-cü pillədə başa vuran Azərbaycan idmançısı Yaylagül Ramazanova deyib.

O, ikinci atışlar zamanı daha yaxşı nəticə gözlədiyini gizlətməyib: “Amma hava şəraiti və digər amillər mənə mane oldu. Rəqiblərimi tanıyıram. Ümid edirəm ki, bu xallar onlara qalib gəlməyə kömək edəcək. Elə də pis nəticə deyil. Öz rekordumu yenilədim. Çox rahat işləyirdim, həyəcan yox idi”.

Ramazanova bildirib ki, Avropa Oyunlarının qalibi Paris olimpiadasına lisenziya qazanacaq.

O, Azərbaycan komandasının bayraqdarı seçilməsinə də toxunub: “Azərbaycan bayrağını dalğalandırdığım üçün fəxr etdim. Bunu ikinci dəfə etmək istəyirəm”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…