56 baxış
Bu yazını paylaşın
Uncategorized

Azərbaycan komandası Avropa çempionatını 4-cü yerdə başa vurub

22 Noyabr 2020

Praqada start götürən cüdo üzrə Avropa çempionatı başa çatıb.

Telejurnal.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan komandası qitə çempionatını 4-cü yerdə başa vurub. Belə ki, 14 cüdoçu ilə yarışa qatılan komandamız, ümumilikdə, 5 – 1 qızıl, 1 gümüş, 3 bürünc medal əldə edib. Qızıl medalı yığmamızın aktivinə Orxan Səfərov (66 kq) yazdırıb. Yığmamızın digər üzvü İrina Kindzerska (78 kiloqramdan yuxarı) isə yalnız finalda məğlub olaraq gümüş medal alıb. Bürünc medalları Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) qazanıblar. Murad Fətiyev (81 kq) və Elmar Qasımov (100 kq) isə 7-ci yeri tutublar.

Avropa çempionatında 40 ölkədən 355 cüdoçu iştirak edib.

Ümumi komanda hesabında Fransa yığması 8 medalla birinci yeri qazanıb. Rusiya 7 medalla ikinci, Gürcüstan 6 medalla üçüncü yeri tutublar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…