27 baxış
Bu yazını paylaşın
İdman

Azərbaycan klublarının rəqibləri müəyyənləşir – Yenilənir

21 İyun 2023

Bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Bununla da “Neftçi”, “Qəbələ” və “Sabah”ın rəqibləri bəlli olacaq. “Neftçi” səpənlənmişlər, “Sabah” və “Qəbələ” isə səpələnməmişlər sırasında yer alacaq.

KL-də yarışacaq 3 Azərbaycan klubu arasında daha yüksək reytinqə malik “Neftçi” “səpələnmişlər” səpətində yer alıb.

Püşkatmada “Neftçi”nin rəqibləri aşağıda adları qeyd olunan komandalardan biri olacaq:

1. “Voyvodina” (Serbiya)

2. “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi

3. “Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi

4. “Debretsen” (Macarıstan)

5. SSKA 1948 (Bolqarıstan).

Digər təmsilçilərimiz “Qəbələ” və “Sabah” isə “səpələnməmişlər” səbətindədir. Artıq bu komandaların da potensial rəqibləri bəllidir.

“Qəbələ”nin 5 potensial rəqibi

1. “Fənərbaxça” (Türkiyə)

2. PAOK (Yunanıstan)

3. “Omoniya” (Kipr)

4. “Vadus” (Lixtenşteyn) – “Neman Qrodnı” (Belarus” cütünün qalibi

5. “Haqelman” (Litva) – “Şkupi” (Makedoniya) cütünün qalibi

“Sabah”ın 5 potensial rəqibi:

1. “CFR Kluj” (Rumıniya)

2. “Hapoel Beer Şeva” (İsrail)

3. “Legiya” (Polşa)

4. “Dunajska Streda” (Slovakiya) – “Dila” (Gürcüstan) cütünün qalibi

5. “FK Makedoniya” (Makedoniya) – “RFS” (Latviya) cütünün qalibi

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab görüşləri isə avqustun 3-də keçiriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…