198 baxış
Bu yazını paylaşın
Siyasi

“Azərbaycan-İran sazişi Ermənistanı yenidən düşünməyə vadar edəcək”

12 Mart 2022

“Azərbaycan və İran hökumətləri arasında yeni kommunikasiya əlaqələrinin yaradılması barədə sazişin imzalanması böyük siyasi, iqtisadi, loqistik əhəmiyyətə malik tarixi hadisədir. Azərbaycan Prezindenti İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə apardığı çevik xarici siyasət, diplomatik manevrlər bölgədə davamlı və möhkəm sülhün yaranmasına, yeni və faydalı əməkdaşlıq imkanlarının reallaşmasına yönəlik nəticələr verməkdədir”.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü “3+3” formatında əməkdaşlıq platforması bölgədə yeni siyasi-iqtisadi mənzərə yaradan uğurlu layihədir: “Bu layihənin reallaşması üçün bölgə dövlətləri arasında qarşılıqlı etimada və etibara əsaslanan ikitərəfli və çoxtərəfli sazişlərin, müqavilələrin imzalanmasının böyük əhəmiyyəti var. 2021- ci ilin iyunun 15-də Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları tarixi Şuşa Bəyannaməsinin və bu ilin fevralında Azərbaycan və Rusiya arasında Moskvada bağlanmış müttəfiqlik müqaviləsinin ardınca bu ilin martın 11-də Bakıda Azərbaycan və İran hökumətləri arasında yeni nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması haqqında sazişin imzalanması bölgə həyatına yeni perspektivlər vəd etməkdədir. Əlbəttə, Prezident İlham Əliyevin ideyası olan Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvanı birləşdirən loqistik layihə deyil, Türk dünyası arasında 102 il əvvəl pozulmuş coğrafi bağlantının, eləcə də, pozulmuş tarixi ədalətin bərpası kimi böyük missiyanın reallaşması olacaq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…