176 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan-İran parlamentlərarası əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib

04 Dekabr 2021

Azərbaycanın Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə bu ölkənin İslam Şurası Məclisi (parlamentin) sədrinin birinci müavini, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Nikzadla görüşüb.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən  xəbər verir ki, 44 günlük Vətən müharibəsində Qələbənin ildönümü münasibətilə təbriklərini çatdıran Əli Nikzad Azərbaycanın sevincinin və kədərinin İran üçün də bir olduğunu qeyd edib.

Parlamentlərarası əlaqələrin önəmini vurğulayan Əli Nikzad Azərbaycanın Milli Məclisi ilə əlaqələrin daha da möhkəmləndirilməsində səylərin artırılmasının zəruriliyini vurğulayıb və ikitərəfli əməkdaşlığın güclənməsinə parlament nümayəndələrinin töhfələrini verəcəyini diqqətə çatdırıb. Əli Nikzad cari il noyabrın 27-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis olunmasını yüksək qiymətləndirib. O, səfir Əli Əlizadəyə fəaliyyətində uğurlar arzulayıb.

Səfir Əli Əlizadə öz növbəsində Azərbaycanın İranla əlaqələrə xüsusi önəm verdiyini, rəsmi Tehranın Azərbaycan üçün dost və yaxın qonşu ölkə olduğunu bildirib. Ölkələrimizin parlamentlərarası münasibətlərinin, dostluq qruplarının səmərəli əməkdaşlığının əlaqələrin daha da inkişafına zəmin yaratdığını, bu istiqamətdə Azərbaycanın İrandakı səfirliyinin üzərinə düşən vəzifələri və əlaqələndirmələri yerinə yetirməyə hər zaman hazır olduğunu qeyd edib.

Görüşdə, həmçinin iki ölkə arasında müştərək layihələrin icrası, səfərlərin və görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

https://azertag.az/xeber/Azerbaycan_Iran_parlamentlerarasi_emekdasliginin_inkisafi_meseleleri_muzakire_edilib-1943334

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…