97 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan-İran münasibətlərinin keçmiş tarixi və bu günü -Analitik yazı

15 May 2023

Bu məqalədə Azərbaycan-İran münasibətlərinin keçmiş tarixi, münasibətlərdə yaranan problemlər, münaqişələrin səbəbi, diplomatik əlaqələr və siyasi proseslərdən bəhs edəcəyik. Münaqişələr nədən yarandı? Diplomatik münasibətlərin pozulmasına səbəblər  nələrdi ?

TELEJURNAL mövzü ilə bağlı araşdırmanı təqdim edir.

                                             “Keçmişdən bu günə Azərbaycan-İran münasibətləri”

 Hal-hazırda olduğumuz dövrdə müxtəlif siyasi proseslərin baş verdiyinin canlı şahidi oluruq. Siyasi proseslər keçmiş zamanlarda insanları çox narahat etsə də, zaman keçdikcə artıq normal qarşılanmağa başladı.Bunu daha çox yaxın illərdə keçmiş düşmən dövlətlər arasında sonradan yaxınlaşma və birgə işlərin  formalaşdırılması bir yanda, əvvəlki müttəfiqlərin, hətta qardaş dövlətlərin isə bir-birinə düşmən olması digər tərəfdən bir o qədər də rahat şərh olunacaq mövzular deyil.

Məhz bu stereotiplərə malik olan müttəfiq ölkələrə Azərbaycan və İranı ən böyük nümunə çəkə bilərik.Keçmiş dövrlərdən dost və mehriban ölkələr siyahısında olan Azərbaycan və İran, artıq bir-birinə nifrət bəsləyən ölkələrə çevrildi.

Azərbaycanla İran dünya coğrafiyasında və siyasi proseslərdə biri-biri ilə tarixi, mədəniyyəti,adət-ənənələri və s. bağlıqlara malik dövlətlərdir.Öz tariximizə və İranın tarixinə nəzər yetirəsi olsaq, biz İranın dövlətçilik və milliyyətçilik prinsipləri və ənənələrinin formalaşmasında, ölkənin inkişafında və güclənməsində, mədəni dəyərlərində azərbaycanlıların, şübhəsiz ki, böyük rol oynadığının tarixi şahidiyik.

Azərbaycanlıların müasir İran sərhədlərində lap əvvəldən İslam dininin qəbul olunmasından əvvəl yaşayan əcdadlarımız IV əsrdən etibarən yaşayış yerləri yaradıb, hakimiyyət, millətçilik və dövlətçiliyin də əsas təməlini qoymağa başlamışdılar. Fars tarixi əsərlərində və mənəvviyyatında Əfrasiyab adlı şah  xaqan Alp Ər Tunqa (“Təbakəti Nəsəri” və “Divanı Lügatit-Türk”) müasir İran sərhədlərində ilk azərbaycanlı hökmdar olub. Onun nəslindən olan sacilər, qəznəvilər və səlcuqlar sonradan İranla qalmayıb, qonşu ölkələri də idarə ediblər. Daha sonra isə Atabəylər, Elxanilər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular dövlətləri yarandıqdan sonra, onları idarə edən azərbaycanlı hökmdarlar İranın hakimləri olublar.

İranın inkişaf dövrünü Sultan Mahmud Qəznəvinin hakimiyyəti illərində hesab edə bilərik.Sultan Mahmud Hindistana 17 dəfə yürüş etdikdən sonra, sonda fəthinə nail olub.Uzun Həsənin dönəmində isə Ağqoyunlular Xorasandan Anadoluya, Qafqazdan Ərəbistan dənizinə qədər böyük bir ərazinin sahibi olublar.

1501-ci ildə Şah İsmayıl Xətainin başçılığı ilə yerli tayfaların Anadolu kənarında birləşməsi və Ağqoyunlu dövlətinin süqutu ilə Təbrizdə yaranan Səfəvilər sonradan xanədana çevrildi, 1736-cı ilədək öz hökümranlığını sürdü. Həmin dövrdə Əfşarlar sülaləsinin yetirdiyi böyük tarixi şəxsiyyət Nadir şah öz dövlətinin sərhədlərini Hindistanın Dehli şəhərinədək genişləndirmişdi. Məhz Nadir şah Dehlinin fəthindən sonra əldə etdiyi böyük xərac sayəsində ölkəsində tam üç il ərzində vergiləri faktiki olaraq ən aşağı səviyyəyə endirib, İranın ağır yaralarını sağaltmışdı.

1747-ci ildə Nadir şahın öldürülməsindən sonra hakimiyyət uğrunda davam edən uzun mübarizədən sonra taxta gələn Ağa Məhəmməd şah Qacar 1796-cı ildə paytaxtı Tehran olan Qacarlar dövlətini qurmuşdu. Qacarlar 1925-ci ilədək – Pəhləvi sülaləsi hakimiyyətə gələnədək İranı idarə ediblər.

Ümumiyyətlə, tarixə nəzər salsaq, müasir İranda yaşayan azərbaycanlıların kökləri indiki Şimali və Cənubi Azərbaycanla əlavə, Ön Asiyanın ən qədim sakinlərindən olduqlarını vurğulaya bilərik. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər və s. dövrlərini də yada sala bilərik.

İranda İslam inqilabına qədər silahlı qüvvələrdən başlayaraq, ucqar kənd bələdiyyələrinədək praktiki olaraq dövlət strukturlarının bütün səviyyələrində, cəmiyyətin bütün kateqoriyalarında soydaşlarımız əhəmiyyətli şəkildə təmsil olunublar. İranın sonuncu hökmdarı Məhəmməd Rza şahın xanımı da məhz azərbaycanlıdır.

Müstəqil Azərbaycanın qısa zaman keçidində qazandığı uğurlar sadəcə, danışıldığı qədər də ucuz başa gəlməyib. Bu məsələlər elmi sübutlarla təhlillər və araşdırmalar istəsə də, bu böyük işin təməlində əsas bir amil dayanır: Müstəqilliyimizin bərpaçısı ümummilli lider Heydər Əliyevin dövlətçilik, dövləti idarəetmə təcrübəsi, dünya siyasətinə peşəkarcasına hərbucaqlı baxmaq qabiliyyəti, möhtəşəm rəhbərlik istedadı, dünyada tanınmış və güclü bir şəxsiyyət kimi qəbul edilməsi. Belə qənaətə gəlmək olar ki, müasir müstəqil Azərbaycan dövlətinin gücü və qüvvəsi Heydər Əliyevin idarəçilik və dövlətçilik təcrübələrinə, ənənələrinə əsaslanır. Bizim üçün sevincli haldır ki, bu ənənələr Prezident İlham Əliyevin rəhbərliyi ilə daha müasir üslublarla, ustalıqla, peşəkarcasına davam etdirilir. Azərbaycan dünya xəritəsində kiçik yer tutsa da ölkəmizə olan marağın miqyası onun coğrafi ölçülərindən yetəri qədər böyükdür. Dünya ölkələrinin Azərbaycana olan marağının əsasında isə dövlətimizə, xalqımıza hörmət və sevgi hissləri durur. Dünyanın hansı ölkəsində olduqsa, bu hissləri böyük ruh yüksəkliyi ilə müşayiət etdik. Ölkə başçısının bu sahədəki güclü siyasəti hakimiyyətin mühüm qollarından biri olan ali qanunvericilik orqanı tərəfindən daim dəstəklənib, yüksək qiymətləndirilir və bu işə öz töhfəsini verməyə çalışır. Buna nəzərən, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlament nümayəndə heyətinin digər səfərləri kimi İran İslam Respublikasına səfəri də öz yaddaşlarımızda xüsusi yer tutdu.

Bu müddətdə ölkədə keçirilən görüşlərdə, aparılan danışıqlarda, rəsmi və ya qeyri-rəsmi tədbirlərdə nümayəndə heyətimizə səmimi münasibət, doğmalıq, yüksək qonaqpərvərlik nümayiş etdirilmişdi. Bunu Azərbaycan və İran əlaqələrinin inkişafına olan ikitərəfli maraqların nümunəsi kimi də qiymətləndirmək olar. İran Prezidenti Mahmud Əhmədinejadın təbirincə desək, İran-Azərbaycan əməkdaşlığı iki dost və qardaş ölkənin münasibətləridir. İran Prezidenti bu fikirləri Milli Məclisin Sədri Oqtay Əsədovla görüşü zamanı səsləndirdi. Onun nümayəndə heyətimizi səmimiyyətlə qarşılaması, ölkəmizlə bağlı fikir və düşüncələri, ikitərəfli münasibətlərin inkişafına qayğıkeş münasibəti deyilən sözlərin əməli təzahürünə istinad edərək edirdi.

Əlaqələrimizin inkişafından məmnunluğunu bildirən Mahmud Əhmədinejad bu əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin xüsusi gücə malik olduğunu söylədi. İran Prezidenti regionda sülhün və təhlükəsizliyin təmin olunmasının, problemlərin aradan qaldırılmasının və bu məsələdə region dövlətlərinin ciddi səylər göstərməsinin vacibliyini qeyd etdi.

Cənab Oqtay Əsədov qeyd etdi ki,  Azərbaycan və İran xalqlarının dostluq və qardaşlıq münasibətlərinin kökləri tarixin dərinliklərinə gedib çıxır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər yeni məna kəsb etmişdir. Oqtay Əsədov qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Mahmud Əhmədinejadın birgə səyləri nəticəsində ölkələrimiz arasında münasibətlər yüksək səviyyəyə çatmışdır. Sonra Milli Məclisin Sədri parlamentlərarası əlaqələrdən danışdı. İran Prezidentinin diqqətinə çatdırdı ki, həmin əlaqələrin daha da inkişaf etdirilməsi üçün lazımi tədbirlər görülür. Görüşdə Milli Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında xüsusi olaraq danışdı, işğal altında olan Azərbaycan torpaqlarının azad olunması üçün bir sıra beynəlxalq təşkilatların məlum sənədlərini xatırlatdı. Təbii ki, mədəni münasibətlər dövlətlərarası əlaqələrdə çox vacib bir həlqə təşkil edir. Azərbaycanla – İran əlaqələrinin bu məqamı da nümunə ola biləcək səviyyədədir. Bu özünü rəsmi dəvətlərdə, görüş və danışıqlarda xüsusilə nəzərə çarpdırır. Bunu həm də İran İslam Respublikasında səfərdə olarkən nümayəndə heyətimizin hər bir üzvü müşahidə edə bilirdi. Ümumilikdə nümayəndə heyətinin üzvlərinin müşahidələri və səfərin digər məqamları barədə təəssüratları bir daha bölüşmək istəyirik. Hərçənd ki, səfərlə bağlı rəsmi informasiyalar həm Azərbaycan, həm də İran mətbuatında geniş işıqlandırılıb. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, bu səfərə hər iki ölkənin kütləvi informasiya vasitələri çox böyük maraq göstərirdilər. Beləliklə, təəssüratlarımızın digər məqamlarına keçməzdən əvvəl İran İslam Respublikası haqda bəzi məlumatları yada salaq. Orta Şərqdə, Asiya qitəsinin cənub-qərbində yerləşən bu dövlət 1979-cu il fevralın 11-də baş vermiş İran-İslam inqilabından sonra İran İslam Respublikası adlanır. Şimaldan Azərbaycan, Türkmənistan və Ermənistanla həmsərhəddir. Ölkəmizlə İran arasında quru sərhədin uzunluğu 765 kilometr, dəniz sərhədi isə 201 kilometrdir. Paytaxtı Tehran olan bu ölkənin ərazisi 1648 min kvadratkilometr, əhalisinin sayı isə 70 milyon nəfərə yaxındır. Milli tərkibinə gəldikdə isə rəsmi sənədlərdə farslar 51 faiz göstərilir, ölkənin ən böyük etnik vahidlərindən birini azərbaycanlılar təşkil edir (rəsmi sənədlərdə 24 faiz). Qalan digər hissəni isə ayrı-ayrı etnik qruplar bölüşdürür. Milli bayramı fevralın 11-də İslam inqilabı günü qeyd edilir. Iranda prezidentlik institutu 1979-cu ildən fəaliyyətə başlayıb və prezident dörd illiyə seçilir. İranda Parlament, yəni qanunverici orqan funksiyasını ölkənin Konstitusiyasına əsasən İslam Şurası Məclisi yerinə yetirir.

İran parlamentinin Sədri ölkələrimiz arasında münasibətlərin ən yaxın tarixindən söz açaraq Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə İranla əlaqələrini xatırladı, Prezident İlham Əliyevin Azərbaycanın dövlət başçısı kimi Azərbaycan – İran münasibətlərinə verdiyi önəmdən bəhs etdi. Daha sonra Əli Laricani parlamentlərarası əlaqələrin indiki vəziyyəti və perspektivləri, bölgədəki vəziyyət, bir sıra aktual regional problemlər və onların həlli yolları barədə mülahizələrini söylədi, İran-Azərbaycan ticarət-iqtisadi əlaqələrinin daha səmərəli və qarşılıqlı faydalı olması üçün İran tərəfinin təkliflərini bildirdi.

Ümumiyyətlə, keçirilən bütün görüşlər və danışıqlar onu deməyə əsas verir ki, Azərbaycanla İran arasında tarixi köklərlə biri-birinə bağlı olan əlaqələr gündən-günə inkişaf etməkdədir və ölkə başçılarımızın səyi ilə bu əlaqələr daha genişmiqyaslı xarakter almaqdadır. Bunu nümayəndə heyətimizin səfər çərçivəsində həyata keçirdiyi və qatıldığı qeyri-rəsmi tədbirlərdə də müşahidə etmək mümkündür. Səfərin bir çox yaddaqalan qeyri-rəsmi nüanslarını da diqqətə çatdırmaq zənnimizcə, söylənilən fikirləri təsdiq edər. Tehran metrosu ilə tanışlıq bu nüanslardan biri kimi maraq doğurdu. İran üçün yeni və nisbətən gənc olan bu nəqliyyat infrastrukturu 10 il əvvəl Çin mütəxəssisləri ilə birgə tikilmişdir. Təbii ki, Tehran kimi çoxmilyonlu bir şəhər üçün bu nəqliyyat növünün əhəmiyyəti çox böyükdür. Sadəcə olaraq, belə ifadə etmək mümkündürsə, iranlılar metronu xarici qonaqlara göstərməkdən qürur duyurlar. Bunu nümayəndə heyətimizin üzvlərinin metro ilə tanışlığı zamanı müşahidə etmək olurdu.

Biraz da əvvəllərə dönsək, Heydər Əliyev İranla sərhəd olan Naxçıvan Muxtar Vilayətində tanınmış şəxs idi. O, Naxçıvana qayıdan kimi yerli seçkilərdə iştirak edir və böyük qələbə qazanaraq Naxçıvan Muxtar Vilayəti Parlamentinin spikeri seçilir. Heydər Əliyev Bakıda oturan prezident Əbülfəz Elçibəylə məsləhətləşmədən Ankara və Tehranla birbaşa münasibətlər qurur, ikitərəfli əməkdaşlığı genişləndirirdi. Buna görə də Azərbaycanda qiyam baş verdikdə və Əbülfəz Elçibəy postunu tərk etdikdə Ankara ilə bərabər Tehran da Heydər Əliyevin prezidentliyinə üstünlük verdi.
Ancaq Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə də İran-Azərbaycan münasibətlərini hamar adlandırmaq çətindir. Heydər Əliyev bir dəfə Bakıda İranın enerji nazirini qəbul edir . İranlı nazir Araz çayı üzərində bəndin inşasından danışır. Heydər Əliyev biləndə ki, həmin bənd Ermənistan tərəfdən işğal altındakı Azərbaycan torpaqları üzərində inşa edilir, iranlı nazirə kəskin etrirazını bildirərək, görüşü yarımçıq tərk edir. Bir dəfə də Heydər Əliyev İrana rəsmi səfəri zamanı qədim Azərbaycan şəhəri olan Təbrizi ziyarət etmək istəyir. Tehranın son anda Heydər Əliyevə verdiyi rədd cavabı onu xeyli məyus etmiş və o, İrana səfərini yarımçıq qoyaraq Azərbaycana qayıtmışdı.

Heydər Əliyev 1994-cü ildə neft müqavilələrini imzaladığı zaman da İranın müqaviməti ilə üzləşmişdi. Tehran Xəzər dənizinin statusunun müəyyənləşmədiyini əsas gətirərək, Azərbaycanın Qərb şirkətləri ilə neft müqavilələrinin əleyhinə çıxırdı. Tehrana bu məsələdə Kreml də dəstək verirdi. Heydər Əliyev bu vəziyyətdən çıxmaq üçün neft müqavilələrində Rusiya və İran şirkətlərinə pay vermək məcburiyyətində qaldı. Bundan sonra Qərbin böyük şirkətləri Xəzər dənizində rahat çalışmağa başlayırlar. Ancaq 1990-cı illərin sonunda İran Azərbaycana qarşı növbəti əzələ nümayişini göstərdi. Böyük Britaniyanın “bp” şirkəti Xəzərin Azərbaycana məxsus “İnam” yatağında çalışmalara başlayanda İranın hərbi katerləri yatağın ətrafında təhlükəli manevrlər etdilər . Tehran “İnam” yatağını mübahisəli saydığından bu yataqda çalışmaların əleyhinə idi. O gündən bu yana həmin yataqda kəşfiyyat çalışmaları dayandırılıb.

Heydər Əliyevin İranla sonuncu problemi 2001-ci ildə qeydə alındı. İranın hərbi təyyarələri həmin il Azərbaycanın hava məkanını kütləvi şəkildə pozurdu. İran təyyarələri Azərbaycanın Xəzərə aid hissəsində manevrlər edirdilər. Azərbaycan təyyarələrinə də eyni əmrin verilməsi iki ölkə arasındakı qarşıdurmanı təhlükəli həddə çatdıra bilərdi. Ancaq bu vəziyyətdən çıxış yolu tapılmalı idi, yoxsa İranın əzələ nümayişi Azərbaycanın prestijini zədələyəcəkdi.
Çıxış yolu tapıldı. Türkiyənin məhşur “Türk yıldızları” adı altında hərbi təyyarə briqadası Bakının mərkəzi “Azadlıq” meydanında nümayiş həyata keçirdi . Müstəqil qaynaqların hesablamalarına görə, “Türk yıldızları”nı izləmək üçün “Azadlıq” meydanına 1 milyona qədər Bakı sakini toplaşmışdı. “Türk yıldızları”nın Bakının mərkəzində və Xəzər ətrafındakı nümayişi İrana mesaj idi ki, İran Azərbaycana qarşı təxribatlarını davam etdirərsə, qarşısında Türkiyəni görəcək. Tehran bu mesajdan gərəkli nəticəni çıxartdı. Həmin gündən etibarən İran təyyarələrinin Azərbaycan sərhədindəki təhlükəli manevrləri müşahidə olunmadı.
Tehran Qarabağ münaqişəsində niyə vasitəçi olmaq istəyir?
İran Azərbaycanla münasibətlərdə gərginlik yaşamasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq istəklərindən heç zaman əl çəkməyib.

Azərbaycan və Ermənistan arasında növbəti silahlı münaqişə başlasa belə, 2023-cü ildə İran və Azərbaycan arasında birbaşa müharibənin baş verməsi ehtimalı azdır. Nə Azərbaycan, nə də İran bir-biri ilə müharibə etmək istəmir ki, bu da hər iki ölkəyə baha başa gələcək (müxtəlif səbəblərdən olsa da).
Azərbaycan isə qabaqcıl silahlara malikdir, ordusu İranın güclü ordusundan xeyli üstündür. Amma İran Ermənistan deyil və iki dövlət arasında faktiki müharibə edəcək balans yoxdur”.

Bir çox politoloq və siyasətçilərin hal-hazırdakı Azərbaycan-İran arasında baş verən hadisələrə verdiyi bəzi şərhləri nəzərinizə çatdıra bilərik.

İran, öz növbəsində, artıq daxildə və xaricdə üzləşdiyi böhranların üstünə başqa bir təhlükəsizlik böhranı yaratmamaq üçün çalışmalıdı:
“Azərbaycanla genişmiqyaslı hərbi münaqişə Tehranı Aminin ölümü ilə bağlı davam edən hökumət əleyhinə etirazlar fonunda artan daxili narazılığı cilovlamaqdan yayındıracaq. Belə bir müharibə həm də iranlıları (xüsusən də etnik azərbaycanlı olanları) qəzəbləndirə bilər ki, bu da siyasi dəyişiklik üçün artan çağırışları gücləndirməklə İran rejimi üçün daha böyük legitimlik böhranına yol aça bilər. Bundan əlavə, İran hazırda İsraillə gərginləşən “kölgə” münaqişəsinə fokuslanıb, bunu ən son yanvarın 28-də İsrailin İsfahandakı İran hərbi obyektinə şübhəli pilotsuz təyyarə hücumu sübut edir. Körfəz ölkələri ilə Bakının yaxşı münasibəti də Tehranı Azərbaycanla birbaşa hərbi münaqişəyə girməkdən daha da çəkindirir.

Azərbaycanın NATO üzvü olan Türkiyə ilə həmsərhəd olduğunu nəzərə alsaq, istənilən İran-Azərbaycan münaqişəsinin NATO ərazisinə keçmək potensialı olacaq ki, bu da məhdudlaşdırıcı rol oynayır. Bundan əlavə, İranla müharibə vəziyyətində Azərbaycan demək olar ki, mütləq İsrailin silahlarına və kəşfiyyatına arxalanacaq və bu münaqişənin birbaşa İsraillə eskalasiyaya çevrilən proxy müharibəyə çevrilməsi riskini artıracaq. Həmçinin İran və Azərbaycan arasında hipotetik hərbi münaqişə Rusiyanın Ukraynada davam edən müharibəsi nəticəsində Cənubi Qafqaz boyunca neft və qaz axınını pozmaqla qlobal enerji bazarının pozulmasını daha da gücləndirə bilər. Bu, hərtərəfli müharibə ilə nəticələnməsə belə, Azərbaycan və İranın artan rəqabəti, onların hazırkı çəkişmələrində kimin qalib kimi görünməsindən asılı olaraq, əsas geosiyasi təsirlərə malik olacaq. İran Zəngəzur dəhlizinə qarşı təhdidlərindən geri çəkilərsə, ölkənin şimal sərhədi türk dövlətlərinin nəzarətində olacağından Cənubi Qafqazda daha çox təsir etmək istəkləri çox güman ki, azalacaq.

Elcan Quluyev

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…