64 baxış
Bu yazını paylaşın
İqtisadi

Azərbaycan ilə Türkiyə arasında Rəqəmsal Transformasiya Forumu təsis ediləcək

15 Yanvar 2022

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovun və Türkiyə Prezident Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədr müavini Yavuz Emir Beyribəyin həmsədrliyi ilə Rəqəmsal transformasiya üzrə Azərbaycan–Türkiyə İşçi Qrupunun videokonfrans formatında ilk iclası keçirilib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda 2021-ci il sentyabrın 14-də Bakıda imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında Rəqəmsal transformasiya üzrə Azərbaycan–Türkiyə İşçi Qrupunun Yol Xəritəsi”ndə qeyd olunan əməkdaşlıq istiqamətləri üzrə 2022–2023-cü illər ərzində görüləcək işlər müzakirə edilib.
Qeyd edək ki, bu istiqamətlərə fərdi məlumatların mühafizəsi, kibertəhlükəsizlik, “Hökumət buludu”, Rəqəmsal Transformasiya Konsepsiyası daxildir.
İclas zamanı iki ölkə arasında rəqəmsal transformasiya sahəsində həyata keçiriləcək layihələrə özəl sektorun cəlb edilməsi, B2B və B2G formatlarda əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyə–Azərbaycan Rəqəmsal Transformasiya Forumunun təsis edilməsi və ilk tədbirin 2022-ci ilin sonunda təşkili qərara alınıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…