26 baxış
Bu yazını paylaşın
Dünya

Azərbaycan ilə tərəfdaşlıq münasibətləri Rusiya üçün nəyə görə bu qədər dəyərlidir?

21 İyul 2022

Rusiyanın “Qrajdanskiye Silı.ru” şəbəkə nəşrində Aleksey Çernikovun “Azərbaycan ilə tərəfdaşlıq münasibətləri Rusiya üçün nəyə görə bu qədər dəyərlidir?” sərlövhəli məqaləsi dərc edilib.

 TELEJURNAL. az AZƏRTAC-a istinadən  xəbər verir ki, məqalə müəllifi İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış vəziyyət, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və bu prosesdə Rusiyanın rolu barədə söhbət açır, ölkəmizin ölçülüb-biçilmiş müstəqil xarici siyasətini vurğulayır.

Materialda qeyd edilir ki, Rusiya-Azərbaycan münasibətləri əvvəlki kimi qarşılıqlı faydalı və işlək vəziyyətdədir, böhran dövründə iqtisadi münasibətlər xüsusi əhəmiyyət kəsb edir.

Müəllif yazır: “Nasionalyana oborona” jurnalının baş redaktoru İqor Korotçenko qeyd edirdi ki, Azərbaycan Rusiya Federasiyasının sayca çox olmayan hərbi-texniki tərəfdaşlarından biridir. O, Rusiyadan böyük həcmdə silah alır və bu halda tam tədiyə qabiliyyətli müştəri kimi ödənişi dərhal və tam həcmdə aparır, borc və kredit almır. Ekspert daha sonra əlavə edib ki, onun fikrincə, sovet nomenklatur mühitinin yetirmələri olan iki lider -Putin ilə Əliyev arasında yaxşı münasibətlər də müsbət rol oynayır”.

A.Çernikovun fikrincə, Rusiya öz xarici siyasət doktrinasında Azərbaycanın tam suverenliyini çoxdan etiraf edib və cənub sərhədlərində münaqişəsiz vəziyyəti saxlamaq Rusiya üçün vacibdir. Müəllifin yazır: “Azərbaycanla normal münasibətlər həm də daxili səbəblərə görə vacibdir. Ekspertlər daim xatırladırlar ki, Qafqaz regionunda ayırıcı dövlət sərhədləri mövcud olmasına baxmayaraq, bu regionda məlum dərəcədə vahidlik var. Burada proseslər təkcə dövlətlərarası trayektoriyalar üzrə deyil, həm də etnoslararası trayektoriyalar üzrə inkişaf edir və Rusiyanın Şimali Qafqaz regionlarında vəziyyəti laxlatmaq istəsələr, bunu Cənubi Qafqaz vasitəsilə etmək nisbətən asan olar, bu isə Rusiyanın milli maraqlarına əsla uyğun deyil, Moskva Azərbaycanı özü üçün sərfəli siyasətə məcbur edə bilməz, çünki bu halda Moskva Türkiyə ilə birbaşa qarşıdurmaya getməli olardı. Türkiyə isə NATO üzvü olan yeganə ölkədir ki, onunla əlaqələr hələlik məqbul səviyyədə qalır”.

Müəllif daha sonra əlavə edir ki, Moskva təkcə öz maraqlarını deyil, həm də Azərbaycanın maraqlarını nəzərə alaraq, Bakı ilə bərabər münasibətləri dəstəkləyir – hətta bu maraqlar tamamilə ziddiyyətli olsa belə.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…