23 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan ilə Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirələr olunub

14 Aprel 2022

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki,

müstəqillik qazandıqdan sonra Azərbaycanın suverenliyini tanıyan ilk ölkələrdən birinin Pakistan İslam Respublikası olduğunu görüşdə vurğulayan nazir Mədət Quliyev bu əməkdaşlığın əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün də dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Görüş zamanı Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən həmsədri, Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev və səfir Bilal Haye 2021-ci ilin dekabrın 1-2-də Bakıda keçirilmiş Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının 7-ci iclasından bəhs edərək, iclas zamanı qəbul edilmiş əməkdaşlıq sahələri ətrafında müzakirələr aparıblar. Müzakirələr zamanı müdafiə sənayesi, iqtisadiyyatın müxtəlif sahələri, kənd təsərrüfatı, bank, turizm, səhiyyə və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanaraq bu sahələr üzrə müvafiq tədbirlərin davam etdiriləcəyi və iki ölkə arasında əlaqələrin daha da genişləndiriləcəyi qeyd edilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti olaraq velosiped idmanı sahəsində də əlindən gələn köməyi əsirgəməyəcəyini qeyd edən Mədət Quliyev Azərbaycanda keçiriləcək velosiped üzrə beynəlxalq yarışlar zamanı Pakistan komandasının üzvlərinin də iştirakını təklif edib.
Bilal Haye səmimi görüşə görə Mədət Quliyevə təşəkkür edib, Pakistan və Azərbaycan arasındakı əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…