143 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

22 Mart 2022

Pakistanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb.

Bu barədə “TELEJURNAL” Report-a istinadən xəbər verir.

Görüşdən əvvəl rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra müdafiə naziri general-polkovnik Z.Həsənov fəxri qarovulun önündən keçib.

General N.Raza qonaqları salamlayaraq onları ölkələrində görməkdən məmnunluğunu ifadə edib. Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinin xeyli inkişaf etdiyini və yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Dəvətə görə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov xalqlarımız arasında tarixən dostluq əlaqələrinin olduğunu, bu münasibətlərin digər sahələrdə olduğu kimi ikitərəfli hərbi əməkdaşlığın da inkişafına böyük töhfə verdiyini qeyd edib.

Görüşdə iki ölkə ordularının qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili və əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil, terrorla mübarizə və təhlükəsizliklə bağlı digər məsələləri müzakirə ediblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…