68 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

19 Yanvar 2023

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasında səfərdə olub.

Nazirliyin mətbuat xidmətindən TELEJURNAL-a bildirilib ki, səfərin proqramına uyğun olaraq əvvəlcə Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən Heydər Əliyev Meydanı ziyarət edilib, xalqımızın Ümummilli Liderinin memorial kompleksinin önünə əklil və gül dəstələri qoyulub.

Sonra nümayəndə heyəti Özbəkistan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasına gələrək hərbi təhsil müəssisəsinin infrastrukturu və tədris prosesi ilə tanış olublar. Nümayəndə heyətinə akademiyanın yaranma tarixi və əsas fəaliyyət istiqaməti barədə brifinq təqdim edilib.

General-leytenant H.Piriyev akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.

Hərbi akademiyanın rəhbər heyəti ilə keçirilən görüşdə ölkələrimiz arasında hərbi təhsil, hərbi kadrların və ali hərbi təhsil müəssisələrində professor heyətinin hazırlanması sahəsində təcrübə mübadiləsi aparılıb.

General-leytenant H.Piriyevin “44 günlük Vətən müharibəsinin gələcəkdə çoxsaylı araşdırmaları” mövzusunda çıxışı akademiyanın professor-müəllim heyəti, təkmilləşdirmə kursunda təhsil alan birləşmə komandirlərinin müavinləri və dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Mərkəzi Hərbi Dairəsinin Qoşunlarının komandanı general-mayor Oybəy Səyidov ilə də görüşüb. Görüşdə maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…