18 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan ilə Malayziya arasında parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edilib

21 Aprel 2022

Malayziya Parlamenti Senatının sədri Tan Sri Dato’ Seri Utama Dr. Rais Yatim Azərbaycanın bu ölkədəki səfiri İrfan Davudov ilə iki dost ölkənin parlamentlərarası əməkdaşlıq məsələlərini müzakirə edib.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan səfirini salamlamaqdan məmnunluğunu bildirən Rais Yatim ölkələrimiz arasında mövcud olan güclü siyasi münasibətlərin istənilən sahədə ölkələrimizin sıx əməkdaşlıq etməsinə əsas verdiyini vurğulayıb.
Səfir İ.Davudov Azərbaycan ilə Malayziya arasında qarşılıqlı etimada əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə daha da inkişaf etdirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti mərkəzində olduğunu vurğulayıb, ikitərəfli əlaqələrin genişlənməsi üçün dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilən prioritetlərin həyata keçirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Azərbaycanlı diplomat Milli Məclisinin sədri Sahibə Qafarova tərəfindən Malayziya Senatının sədrinə ünvanlanmış dəvət məktubundan bəhs edərək, Rais Yatimin yaxın gələcəkdə ölkəmizə səfərinin arzu olunduğunu diqqətə çatdırıb.
Öz növbəsində Malayziya Senatının sədri dəvətə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünün çatdırılmasını xahiş edib və Azərbaycan xalqının tərəqqisinin və nailiyyətlərinin davamlı olmasını arzulayıb. O, bu il üzrə iş cədvəlindəki imkanları nəzərə alaraq, Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib. Həmçinin malayziyalı senator iki ölkə arasında əlaqələrin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın Malayziya üçün etibarlı tərəfdaş olduğunu bildirib, parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Milli Məclisin sədrini Malayziyaya səfərə dəvət etmək niyyətində olduğunu və belə bir səfərin qarşılıqlı əlaqələrin gücləndirilməsinə önəmli töhfə verə biləcəyini qeyd edib.
Görüşün sonunda səfir İ.Davudov Malayziya Senatında fəxri qonaqlar üçün ayrılmış xatirə kitabını imzalayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…