29 baxış
Bu yazını paylaşın
Siyasi

Ceyhun Bayramov: Azərbaycan ilə Macarıstan arasında əlaqələr intensiv şəkildə inkişaf edir

03 Fevral 2022

Azərbaycan ilə Macarıstan arasında əlaqələr intensiv şəkildə inkişaf edir.
Macarıstanın 24 şirkətinin nümayəndələrinin bu ölkənin xarici işlər və ticarət naziri ilə birgə Bakıya gəlməsini, Qarabağda gedən bərpa və quruculuq işlərində iştirak etmək niyyətlərini dost addımı kimi qiymətləndiririk.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 3-də macar həmkarı Peter Siyarto ilə keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında ifadə edib.
Nazir bildirib ki, çoxsaylı beynəlxalq platformalarda ölkələrimiz arasında əlaqələr mövcuddur. Bu görüşü Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq əlaqələri haqqında sənədin davamı kimi qiymətləndirmək olar.
Azərbaycanın enerji sahəsində Avropanın ən etibarlı tərəfdaş olduğunu vurğulayan Ceyhun Bayramov bildirib ki, digər vacib məqam Macarıstanın Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclaslarında təmsil olunmasıdır. Nazir Macarıstanın bu layihədən bəhrələnəcəyini qeyd edib.
C.Bayramov ölkələrimiz arasında reyslərin bərpa edilməsi və uçuşların sayının artırılması barədə da danışıb.
Nazir ölkələrimiz arasında indiyədək 46 müqavilənin imzalandığını, 13 müqavilənin hazırlanma mərhələsində olduğunu deyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…