44 baxış
Bu yazını paylaşın
İqtisadi

Azərbaycan ilə İran arasında enerji sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib

07 Dekabr 2021

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İran İslam Respublikasının energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, Azərbaycanın İran üçün yaxın dost və qonşu ölkə olduğunu bildirən Əli Əkbər Mehrabian, iki ölkə arasında sıx tarixi bağların və dəyərlərin olduğunu diqqətə çatdırıb. Nazir Azərbaycanla energetika sahəsində əlaqələrin inkişafında maraqlı olduqlarını və bu müstəvidə icra olunan layihələrin tezliklə başa çatdırılması, yeni müştərək layihələrin nəzərdən keçirilməsinin zəruriliyini vurğulayıb. Rəhbərlik etdiyi nazirliyin Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlığının daha da möhkəmlənməsində səylərin artırılmasının önəmini qeyd edən Əli Əkbər Mehrabian iki ölkə arasındakı münasibətlərin inkişafı naminə səmərəli xidməti fəaliyyətində səfir Əli Əlizadəyə uğurlar arzulayıb.

Azərbaycan Respublikasının İranla çoxşaxəli əlaqələrinin inkişafında energetika sahəsinin də aparıcı rolunun olduğunu qeyd edən səfir Əli Əlizadə icra olunan layihələrin bunu bir daha təsdiq etdiyini bildirib. İranla sərhəddə 132 kilometr Azərbaycan ərazilərinin erməni işğalından azad olunmasının yeni reallıqlar və əməkdaşlıq üçün bir çox imkanlar yaratdığını vurğulayan səfir Əli Əlizadə, həyata keçirilən önəmli layihələrindən biri olan Xudafərin/Qız qalası layihələrinin bunun təzahürü olduğunu vurğulayıb.

Görüşdə, həmçinin iki ölkə arasında həyata keçirilən hidroqovşaqların və su elektrik stansiyalarının tikintisi üzrə işlər, eləcə də elektrik enerjisi dəhlizi layihəsi və digər müştərək layihələrin icrası, səfərlərin və görüşlərin təşkili, fəaliyyət göstərən Birgə Texniki Komissiyanın iclaslarının keçirilməsinin davam etdirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

https://azertag.az/xeber/Azerbaycan_ile_Iran_arasinda_enerji_sahesinde_emekdasliq_elaqeleri_muzakire_edilib-1944964

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…