118 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan ilə Gürcüstan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

24 Fevral 2022

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Giorgi Doxturişvili ilə görüşüb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında regional əməkdaşlığın genişləndirilməsinin rolu və digər məsələlər diqqət mərkəzində olub.
Qubernator Kvemo Kartli-Borçalı bölgəsinin iqtisadi, siyasi, mədəni inkişafı, yerli azərbaycanlıların bu inkişafdakı rolu barədə məlumat verib.
Bildirib ki, Gürcüstan hökuməti, eləcə də Kvemo Kartli regionu rəhbərliyi qonşu Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişafında maraqlıdır.
Qubernator regionda 300 minə yaxın azərbaycanlının yaşadığını, onların Gürcüstanın inkişafında və Avropaya inteqrasiyasında rolunu xüsusi qeyd edib.
Səfir Faiq Quliyev Azərbaycan-Gürcüstan dostluğunun qədimliyindən, xalqlarımızın oxşar tarixindən danışıb. Bildirib ki, ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzolunmazdır. Bu gün Prezident İlham Əliyevin səyləri və xüsusi diqqəti sayəsində münasibətlərimiz daha da genişlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Ölkələrimiz arasında iqtisadi əlaqələrdən bəhs edən diplomat deyib ki, bu gün Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr arasında Türkiyədən sonra ikinci yerdədir. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar həcmində sərmayə yatırıb. Bu gün Gürcüstanda minlərlə Azərbaycan şirkəti fəaliyyət göstərir. Onların 40-dan çoxu məhz Kvemo Kartli-Borçalı bölgəsindədir.
Humanitar sahədə əməkdaşlıqda bəhs edən səfir bildirib ki, Azərbaycan hökuməti Gürcüstanda humanitar layihələrin reallaşmasına yardım edir. Heydər Əliyev Fondunun, eləcə də SOCAR şirkətinin dəstəyi ilə Gürcüstanda yeni məktəblər, xəstəxanalar, idman kompleksləri tikilir, əsaslı təmir olunur.
Səfir Azərbaycan dövlətinin regionda yaşayan soydaşlarımıza da daim diqqət və qayğı göstərdiyini qeyd edib.
Bildirib ki, soydaşlarımızın problemlərinin həlli məqsədilə Qardabanidə yeni idman kompleksinin tikintisi, ixtisaslaşmış həkim briqadalarının iştirakı ilə səyyar səhiyyə xidmətlərinin, eləcə də səyyar konsulluq xidmətlərinin göstərilməsi ilə bağlı yeni layihələr nəzərdə tutulub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…