75 baxış
Bu yazını paylaşın
İqtisadi

Azərbaycan ilə Gürcüstan arasında maliyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

21 Yanvar 2022

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin maliyyə naziri Laşa Xutsişvili ilə görüşüb.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında maliyyə, vergi və gömrük orqanları arasında sıx əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Səfir Faiq Quliyev ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini və Azərbaycanın Gürcüstan ilə münasibətlərə xüsusi önəm verdiyini bildirib.

Söhbət zamanı Azərbaycanla Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsinin təşviq olunması baxımından qarşılıqlı səfərlərin təşkilinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tarixən mehriban qonşu və yaxın dostluq şəraitində yaşamış Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd edilib, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğu vurğulanıb.

Tərəflər iqtisadi, tranzit və nəqliyyat sahələrində tərəfdaşlığın vacibliyini qeyd ediblər, İqtisadi Əməkdaşlıq sahəsində Birgə Hökumətlərarası Komissiyanın keçən il sentyabrın 29-da Bakıda keçirilmiş 8-ci iclası çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhəd buraxılış məntəqələri haqqında” imzalanmış Sazişin əhəmiyyətini vurğulayıblar.

Görüşdə 8-ci iclasın protokolunda əks olunmuş gömrük sahəsində əməkdaşlıqla bağlı müddəaların həyata keçirilməsi, o cümlədən iki ölkə arasında yeni inteqrə edilmiş gömrük məntəqəsinin inşası ilə əlaqədar məsələlər müzakirə edilib. Bu layihə sayəsində sərhəd keçid prosedurlarının əhəmiyyətli dərəcədə sürətləndiriləcəyi və sadələşdiriləcəyi, iki ölkə arasında nəqliyyat və ticarət əlaqələrin genişləndiriləcəyi bildirilib.

Eyni zamanda, tərəflər 2021-ci il oktyabrın 8-də İzmir şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol”un əhəmiyyətini vurğulayıblar, iki tərəfdaş ölkənin müvafiq dövlət qurumları arasında məlumat mübadiləsinin daha da genişləndirilməsi, gömrük prosedurlarının səmərəliliyinin artırılması üçün geniş imkanların olduğunu qeyd ediblər.

İkitərəfli formatla yanaşı, Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyi bildirilib, pandemiya şəraitində iki ölkə və bütövlükdə regionda ticarət və tranzit sahəsində gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı Azərbaycanın Gürcüstandakı səfirliyinin nəzdində Dövlət Gömrük Komitəsinin yeni nümayəndəsi gömrük xidməti polkovniki Fuad Qasımov Gürcüstanın Maliyyə Nazirliyinin rəhbərliyinə təqdim olunub.

https://azertag.az/xeber/Azerbaycan_ile_Gurcustan_arasinda_maliyye_sahesinde_emekdasligin_perspektivleri_muzakire_olunub-1981256

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…