32 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan icması Ermənistanın ekoloji təxribatı ilə bağlı kanadalı parlamentarilərə müraciət edib

24 İyun 2023

Kanadanın Toronto şəhərində yaşayan Azərbaycan icması ölkəmizlə sərhəddə Ermənistanın ekoloji durumun gərginləşdirilməsi istiqamətində atdığı növbəti yolverilməz addımla bağlı yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.

Telejurnal  xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi adından Kanada parlamentinin üzvlərinə və “Greenpeace” beynəlxalq ekoloji təşkilatına ünvanlanan bəyanatda bildirilib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə – Yerasx (Arazdəyən) kəndində Ermənistanın 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodu tikməsi azərbaycanəsilli kanadalılarda dərin narahatlıq hissi doğurub.

Belə zavodun inşası Ermənistan tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarının kobud surətdə pozulması kimi dəyərləndirilib. Nəzərə çatdırılıb ki, həmin müddəalara əsasən, Ermənistan öz ərazisində planlaşdırdığı bu fəaliyyəti Azərbaycanın müvafiq qurumları ilə razılaşdırmalıdır.

Ermənistanın mütəmadi olaraq beynəlxalq və ekoloji hüquq normalarını pozduğuna diqqət cəlb edilib. Qeyd edilib ki, bir müddət əvvəl Azərbaycan tərəfi Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı haqlı iddia ilə çıxış edib və bu, qonşu ölkənin Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılması ilə nəticələnib. Bundan başqa, Ermənistanın iri mədən müəssisələri – Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddət transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərməkdədir.

Ermənistanın ekoloji təxribatını sərt şəkildə pisləyən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi kanadalı parlamentarilər və “Greenpeace” təşkilatını öz qanunsuz əməlləri ilə Azərbaycanın və regionun ekoloji mühiti üçün təhlükə törətməklə məşğul olan Ermənistana güclü təzyiq göstərməyə çağırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…