27.10.2024 20:14:51
77 baxış
Bu yazını paylaşın
İqtisadi

“Azərbaycan Hava Yolları” yeni “Azal Club” loyallıq proqramını təqdim edir

18 Yanvar 2022
Azərbaycanın milli aviadaşıyıcısı – AZAL yeni “Azal Club” loyallıq proqramının tətbiqi barədə elan edir.

“TELEJURNAL” AZƏRTAC-a  istinadən xəbər verir ki, “Azal Club” – pərakəndə satış mağazaları şəbəkəsində alış-veriş zamanı, həmçinin müxtəlif növ xidmət mərkəzlərində bonus millərini toplamağa imkan verən pulsuz virtual loyallıq kartıdır.
Tərəfdaşlar şəbəkəsinə, həmçinin məşhur restoranlar, mehmanxanalar, geyim, aksesuar və ətriyyat mağazaları, əyləncə mərkəzləri, “Booking.com”, “Rentalcars.com” və s. kimi müxtəlif onlayn saytlardan təkliflər daxildir. Perspektivdə “Azal Club” tərəfdaşlıq şəbəkəsinin coğrafiyasını genişləndirəcək, buraya “Azərbaycan Hava Yolları”nın müntəzəm reyslər yerinə yetirdiyi şəhər və ölkələrdəki müxtəlif tərəfdaşlar cəlb ediləcək.
Yeni loyallıq proqramı çərçivəsində toplanan milləri Azərbaycan aviadaşıyıcılarının – AZAL və “Buta Airways” aviaşirkətlərinin biletlərinə dəyişmək mümkün olacaq.
Bonus millərini aviabiletə dəyişərkən komissiya tutulmayacaq, həmçinin vergi, yığım tətbiq olunmayacaq və bilet alışı zamanı yerlərlə məhdudlaşmayacaq. Həmçinin “Azal Club” istifadəçiləri qazandıqları bonus millərini tətbiqdə birbaşa AZAL-Miles iştirakçısının hesabına köçürə və ya bonus millərini müxtəlif mal və xidmətlərə dəyişə biləcəklər.
Proqramın tərəfdaş şəbəkəsinə qoşulmaq arzusunda olanlar dəvət edilir. “Azal Club” tərəfdaş brendinin davamlı marketinq dəstəyini və irəliləyişini təmin edəcək. Qeyd etmək lazımdır ki, AZAL-Miles proqramının 200 mindən çox istifadəçisi artıq potensial müştəri bazasının bir hissəsidir. Tərəfdaş şəbəkəsinə qoşulmaq üçün partner@azalclub.az elektron poçtuna ərizə göndərmək lazımdır.
“Azal Club” mobil əlavəsi vasitəsilə proqramda iştirakçı qismində qeydiyyatdan keçmək mümkündür. Yükləmək üçün keçidlər:
• Android
• Apple iOS
Burada iştirakçılar cari balansı izləyə, həmçinin tərəfdaşların tam siyahısı, onların təqdim etdikləri kampaniyalar və təkliflərlə tanış ola biləcəklər.
“Azal Club” proqramı haqqında daha ətraflı məlumatı *2002 telefon nömrəsi, support@azalclub.az elektron poçtu və ya www.azalclub.az rəsmi saytı vasitəsilə almaq olar.
“Azal Club” proqramı nədir və necə çalışır? Bu haqda hazırlanan tanıtım çarxını izləyə bilərsiniz: https://youtu.be/LT1bwSvWYik.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…
Back To Top