194 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycan güləşçiləri İslamiadada bir günə 6 medal qazanıb

11 Avqust 2022

Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Abubakr Abakarov final görüşünə çıxıb.

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, 86 kq çəki dərəcəsində rəqib iranlı Alirza Kərimi olub. Görüş Kəriminin qələbəsi ilə yekunlaşıb. Abakarov 0:9 hesabı ilə geridə olduğu vaxt zədələnərək, mübarizəni davam etdirə bilməyib. O, gümüş medalla kifayətlənməli olub.

Beləliklə, Azərbaycan güləşçiləri günü 6 medalla başa vurub. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) və sərbəst güləşçilər Hacı Əliyev (65 kq) ilə Turan Bayramov (74 kq) qızıl, digər qadın güləşçi Alyona Kolesnik (59 kq) gümüş, daha bir sərbəst güləşçi Əliabbas Rzazadə (57 kq) bürünc medala sahib olub.

Bununla da gün ərzində mübarizə aparan Azərbaycanın 7 güləşçisindən 6-sı fəxri kürsüyə yüksəlməyi bacarıb. Onlardan yalnız Osman İlyasov (97 kq) medalsız qalıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…