40 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycan Fransada keçirilən Jazz Festivalında təmsil olunub.

21 İyul 2022

Azərbaycan Fransada keçirilən Jazz Festivalında təmsil olunub.

TELEJURNAL.az  Report-a istinadən  xəbər verir ki, Fransanın Sete şəhərində hər ilin iyul ayında açıq havada baş tutan “JAZZASETE” festavında ölkəmizi azərbaycanlı caz ifaçısı İsfar Sarabski təmsil edib.

Festivalda İ.Sarabskinin yaradıcılığından söz açılıb, onun musiqisinin şərq və qərb musiqisi arasında körpü yaratdığı bildirilib.

Qeyd olunub ki, sənatkar Azərbaycandan gəlib. O, caz və klassik musiqisi, Şərqlə Qərb, folklor və elektro arasında körpülər yaradır. O, heyrətamiz istedadı ilə yeni üfüqlər açır, yeni yollar yaradır, sərhədləri aradan götürür.

Azərbaycanlı caz ifaçısısın təqdimatı zamanı onun ifasının istər öz ölkəsində, istərsə də xaricdə böyük rəğbətlə qarşılandığı bildirilib.

“İsfar, tamaşaları zamanı inanılmaz bir enerji ilə hekayələri, duyğuları bizə nəql edir. Ölkəsində onun konsertləri xüsusilə populyardır. Çünki o ictimaiyyətlə tellər yarada bilib”, – festivalda vurğulanıb.

Festival zamanı Azərbaycan jazzı böyük alqışlarla müşayiət olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…