59 baxış
Bu yazını paylaşın
Uncategorized

“Azərbaycan əsgəri mülki əhali ilə deyil, əli silahlı işğalçı ilə müharibə aparır”

11 Oktyabr 2020

“Azərbaycan əsgəri mülki əhali ilə deyil, əli silahlı işğalçı ilə müharibə aparır”.

“telejurnal” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Ermənistan tərəfinin Azərbaycan hərbçilərinin Hadrutda dinc sakinləri – qadın və onun əlil oğlunu guya qətlə yetirmələri barədə yaydığı xəbər əsassızdır, heç bir fakta söykənmir və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədini güdür:

“Birincisi, Ermənistan tərəfi hələ də Hadrutun itirilməsi və onun Azərbaycan nəzarətinə keçməsi fikri ilə heç cür barışa bilmir. Gün ərzində Hadrut ilə əlaqədar ziddiyyətli məlumatlar yaymaqla isə Ermənistan tərəfi öz əhalisini bu mövzu ilə bağlı çaşqınlıq içində saxlayır.

İkincisi, nədənsə həmişə “dəqiqliyə” və “incə məqamlara” fikir verən Ermənistan bu dəfə “qətlə yetirilən” şəxslərin ad və soyadlarını geniş ictimaiyyətə açıqlamır. Tam əminliklə bildirmək olar ki, ad və soyadlar ya qəsdən unudulur, ya da ümumiyyətlə bu cür şəxslər və hadisə olmadığı üçün onu uydurmaq lazım gəlir.

Üçüncüsü, erməni xalqından daim “iztirab çəkən” obrazı formalaşdırmağa çalışan Ermənistan, bu dəfə də “incidilmişlər” rolunu yenə də qadın və onun əlil oğluna həvalə edir.

Bir daha bildiririk ki, Azərbaycan əsgəri mülki əhali ilə deyil, əli silahlı işğalçı ilə müharibə aparır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…