132 baxış
Bu yazını paylaşın
İqtisadi

Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi imzalanıb

20 Yanvar 2021

 

Yanvarın 16-da Azərbaycan Respublikası, Əfqanıstan İslam Respublikası və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi imzalanıb.
Telejurnal.az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd üç ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət müvafiq İşçi Qrupun videokonfrans formatında görüşü zamanı Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Əfqanıstan Mərkəzi Bankının sədri vəzifəsini icra edən Əcmal Əhmədi və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Bayramgeldi Ovezov tərəfindən imzalanıb.
Görüşdə çıxış edən Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin 2020-ci il iyulun 2-də videokonfrans vasitəsilə keçirilmiş görüşü zamanı Azərbaycanın dövlət başçısının irəli sürdüyü təşəbbüsə əsasən Azərbaycan tərəfindən üç ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi layihəsinin hazırlandığını qeyd edib. Layihənin razılaşdırılması məqsədilə müvafiq İşçi Qrupun və hər sahə üzrə müvafiq alt qrupların yaradıldığı, intensiv və məhsuldar müzakirələrin aparıldığı, silsilə tədbirlərin həyata keçirildiyi vurğulanıb.
Görüşdə Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…