70 baxış
Bu yazını paylaşın
İctimai

“Azərbaycan dünyada mina ilə ən çox çirklənən 10 ölkə sırasındadır”

09 İyun 2023

“Azərbaycan dünyada mina ilə ən çox çirklənən 10 ölkə sırasındadır”

“Telejurnal” xəbər verir ki, bunu İRS silsiləsi çərçivəsində nəşr edilən “Dirçəliş. Başlanğıc” kitabının təqdimat mərasimi zamanı Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı deyib.

 

Onun sözlərinə görə, Vətən müharibəsində qələbədən sonra yeni çağırışlar meydana gəlib. O bu xüsusda işğal altında olan şəhər və kəndlərin ermənilər tərəfindən məqsədli şəkildə dağıdılıb və talan edildiyini vurğulayıb:

“Vaxtilə işğal olunmuş şəhərlərə qarşı genosid, ekosid törədilib. Burada söhbət ölkəmizin 9 şəhər və yüzlərlə yaşayış məntəqəsinin dağıdılmasından gedir. Ən ağır cəhət isə bu ərazilərdə mədəni, dini irsin dağıdılmasıdır”.

 

H.Mikayıllı eyni zamanda azad olunan ərazilərdə işğal dövründə dağıdılan abidələri xatırladıb. O, bildirib ki, bütün bunlar iki xalq arasında barışığa mənfi təsir edir. O vurğulayıb ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənən 10 ölkə sırasındadır:

 

“Vətən müharibəsindən bəri minalar səbəbinsən 300 nəfər həlak olub və yaxud yaralanıb. Dağıntılar və mina ən böyük problemlərdən biridir”.

 

“Azad olunan ərazilərin iqtisasiyyata böyük təsiri olacaq. Bu ərazilər su resursları baxımından zəngin olmaqla yanaşı, turizm imkanlarının artmasına da səbəb olacaq”, – deyə H.Mikayıllı vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…