361 baxış
Bu yazını paylaşın
Müsahibə

Azərbaycan dilinin qayda-qanunlarına əməl etməli və söz ehtiyatımızı günü-gündən artırmalıyıq-Zaur Cahangirov

20 İyun 2023

Cəbhədə qılınc, məclisdə gözəl nitqə malik olanlar qəhrəmandır.(Məmməd Səid Ordubadi) Tarix boyu sözə,gözəl nitqə dəyər verilib. Nitqi gözəl formalaşmış, səlis olan şəxsi dinləməkdən insan yorulmaz. Hər kəs aydın, gözəl nitqə sahib olmaq istəyir,lakin zamanla nitqimizdə bir çox problemlər ilə qarşılaşırıq.

Bəs düzgün nitqə necə sahib ola bilərik? 

Bu mövzu ilə bağlı natiqlik və ünsiyyət bacarıqları üzrə təlimçi Zaur Cahangirov “Telejurnal” a müsahibə verib.

Düzgün nitqə sahib olmağın yolları nələrdir?

Siseron deyir; “şair doğular, natiq olunar”. Biz də çalışmalıyıq ki, cəmiyyətdə düzgün nitqə sahib olmağın yollarını öyrənək. Bunun üçün diksiya məşqlərini müntəzəm etməli, yəni ağız tənbəlliyini aradan qaldırmalı, artikulyasiyamızı yaxşılaşdırmalıyıq. Nəfəs,səs və çənədə olan problemləri aradan qaldırmalıyıq.

Sizə müraciət edən insanların nitqlərində daha çox hansı problemlər ilə qarşılaşırsınız?

İnsanlar bizə müraciət edərkən daha çox nitqlərində parazit səslər və ifadələrdən istifadə ilə qarşılaşırıq. Bu problemlərin aradan qaldırılması üçün nəfəs məşqləri, söz ehtiyatının yaxşılaşdırılması və digər praktik məşğələlər həyata keçiririk. Son dövrün digər nitq problemi isə “g” “ç” samitlərin düzgün tələffüz olunmamasıdır.

Fikrimizi düzgün çatdırmaq üçün nə edə bilərik? 

Fikrimizi düzgün çatdırmaq üçün dünya görüşünə ehtiyac var. Bir məsələdə bilgi, bacarıq, vərdişlər toplusuna yiyələnməmişiksə, nə qədər nitqimiz yaxşı olsa da, həmin məsələni ifadə etmək bacarığımız zəif olacaq. Bundan əlavə Azərbaycan dilinin qayda-qanunlarına əməl etməli və söz ehtiyatımızı günü-gündən artırmalıyıq. Təbii ki, kitablar oxumaq dünya görüşümüzə, düşüncələrimizin inkişafına müsbət yöndə təsir edir. Amma yalnız kitab oxumaq ilə söz ehtiyatının artırılması, özünü ifadə bacarığlarının təkmilləşdirilməsi yaxşı istiqamətdə getməyə bilər. Hədəfimiz oxuduqlarımızı inslarlarla bölüşmək olmalıdır. Çünki insanlar 10% oxumaqdan əldə edilərsə, oxuduqlarını danışıqdığı zaman isə 70% -lik potensiala malik ola bilirlər.

Səlis danışmaq üçün nitq üzərində nə qədər müddət işləmək lazımdır?

Nitq təlimlərini üç mərhələyə bölürük: kəşf, inkişaf və təqib dövri. Qısa müddətdə nəticə əldə etmək çətindir, çalışırıq ki şəxslər nitqləri üzərində 6 aydan 1 ilə qədər işləsinlər.

Nümunə: şəxs 30 ildir ki, nitqində varvarizmlərdən istifadə edir, fikrini düzgün çatıra bilmir, tələffüzdə orfoepik qaydalara əməl etmir və biz həmin şəxsə deyə bilmərik ki, siz 1 ayda yaxşı danışasınız. Əlbəttə ki, bunun üçün vaxt lazımdır.

Asiman Hafizqızı 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…