61 baxış
Bu yazını paylaşın
İqtisadi

“Azərbaycan Dəmir Yolları”nın Həkim-Sanitar Xidməti zərərlə işləyir

07 Noyabr 2020
Azərbaycan Dəmir Yollarının Həkim-Sanitar Xidməti zərərlə işləyir

“Azərbaycan Dəmir Yolları”QSC-nin Həkim-Sanitar Xidməti 2019-cu ili 829 min manat xalis zərərlə başa vurub. Qurum 2018-ci ildən 1,164 milyon manat zərərlə çıxmışdı.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, ötən il Həkim-Sanitar Xidməti əsas əməliyyat gəlirləri 1,725 milyon manat (illik müqayisədə 2,4 dəfə çox), sair əməliyyat gəlirləri 6,284 milyon manat (37,5% çox), istifadə etdiyi material ehtiyatları üzrə xərcləri 484 min manat (3,75 dəfə çox), işçi heyəti üzrə xərcləri 5,943 milyon manat (53,9% çox), amortizasiya xərcləri 1,107 milyon manat (3,7% az), digər əməliyyat xərcləri 1,24 milyon manat (5,6%), mənfəət vergisi ödəmələri isə 64 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.

Bu il yanvarın 1-nə Həkim-Sanitar Xidmətinin aktivləri 4,859 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,2% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 3,55 dəfə artaraq 78 min manata çatıb, balans kapitalı isə 7,8% azalaraq 9,781 milyon manata, o cümlədən nizamnamə kapitalı 36,45% azalaraq 889 min manata düşüb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…