28 baxış
Bu yazını paylaşın
İdman

Azərbaycan cüdo üzrə Avropa Kubokunda medal əyarına görə 2-ci, kişilər arasında isə 1-ci yeri tutub

22 May 2023

Azərbaycan Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində böyüklər arasında cüdo üzrə Avropa Kubokunda medal əyarına görə ümumi hesabda 2-ci, kişilər arasında isə 1-ci yeri tutub.

TELEJURNAL   Azərbaycan Cüdo Federasiyasına istinadən məlumatına görə, cüdoçularımız Sarayevo Avropa Kubokunu 6 medalla başa vurublar.

Mayın 20-21-də – iki gün davam edən yarışda 13 idmançımız medallar uğrunda mübarizə aparıb. İdmançılarımız yarışda ümumilikdə 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.

Yarışın ilk günü Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Yarışın ikinci günündə -81 kq. çəkidə Məhərrəm İmamverdiyev qızıl medala sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Kərim Allahverdiyev 5-ci yerlə kifayətlənib. -100 kq. çəkidə Aslan Mirzəyev bürünc medal əldə edib. Eyni çəkidə digər cüdoçumuz Ruslan Nəsirli yarışı 7-ci yerdə tamamlayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…