59 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan – Cənubi Korea iqtisadi əlaqələri

12 İyun 2023

Cənubi Koreya Asiyanın şərqində yerləşir. Dövlətin tam adı Koreya Respublikasıdır. Paytaxtı Seul şəhəri, ümumi ərazisi 98480 kvadrat-kilometrdir. Əhalisi 51.7 milyon olan Cənubi Koreya şimaldan Koreya Xalq Demokratik Respublikası ilə həmsərhəddir.

Cənubi Koreya Respublikası iqtisadiyyatının yüksək inkişaf səviyyəsinə çatmasında, əlbəttə, dövlət müstəsna rol oynamışdır. Yəni ölkənin iqtisadi inkişafı naminə hökumətin şəxsində iqtisadiyyata güclü və səmərəli rəhbərlik olmuşdur. Belə ki, hökumət yığımın artırılması, ixracın genişləndirilməsi, həm milli investisiya, həm də xarici sərmayə qoyuluşlarına, xarici ölkələrdən yeni texnologiyalar cəlb edilməsinə şərait yaratmaq məqsədilə siyasi xarakterli çoxsaylı tədbirlər görmüş, o cümlədən yeni qanunlar qəbul etmiş, mövcud qanunları diqqətlə nəzərdən keçirmişdir. Hökumət sosial infrastrukturun yaradılması – yollar çəkilməsi, bəndlər qurulması, limanlar, dəmir yolları və məktəblər tikintisi üçün mümkün olan hər şeyi etmişdir.

Azərbaycanın Korea ilə iqtisadi əlaqələri mövcuddur. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin mart ayının 23-də qurulmuşdur. Bu əlaqəyə nəzər yetirək. 2020 ci ildə ixrac 82,58 idxal isə 178 579, 69 olmuşdur. Ümumi dövriyyəsi isə 178 662, 27 idi.
2021 ci ildə isə ixrac 83,81 idxal isə 227 573,62 olmuşdur. Ümumi dövriyyəsi isə 227 657,43 idi.

Qarşılıqlı səfərlər, ticarətin təşviqi platformaları və mexanizmləri, eləcə də müxtəlif iqtisadi tədbirlər ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının artmasına töhfə verir. Azərbaycan Koreyanı etibarlı tərəfdaş hesab edir.Koreya şirkətlərinin Azərbaycan iqtisadiyyatına və məhsullarına marağı davamlı olaraq artmaqdadır. Hazırda, Koreyanın 77 şirkəti Azərbaycanda ticarət, sənaye, tikinti və xidmətlər sahələrində çalışırlar.

İkitərəfli iqtisadi əməkdaşlığı genişləndirmək məqsədilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) və Koreya Ticarət-Sərmayələrin Təşviqi Agentliyinin Azərbaycanda Ofisləri fəaliyyət göstərir. Azərbaycanda fəaliyyətinə başladığı dövrdən, KOICA tərəfindən müxtəlif iqtisadi sektorları əhatə edən bir sıra qrant layihələri həyata keçirilmişdir. Çoxlu sayda Azərbaycan rəsmiləri və hökumət nümayəndələri Koreyanın inkişaf təcrübəsinin öyrənilməsi məqsədi daşıyan KOICA-nın potensialın yaradılması təlimlərində iştirak etmişlər.

Nərminə Eyyubova

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…