229 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycan çempionatında 17 ildən sonra nadir hadisə baş verib

22 Avqust 2022

Futbol üzrə Azərbaycan Premyer Liqasının III turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub.

“TELEJURNAL.AZ” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Sabah” – “Neftçi” matçında bir komandanın qapısına üç penalti zərbəsi təyin edilib.

Meydan sahibləri bu üç imkanın ikisindən yararlanıb.

Azərbaycan çempionatları tarixində sonuncu belə hadisə 17 il əvvəl yaşanıb. 2005/2006 mövsümünün “Gənclərbirliyi” – “Şahdağ” görüşündə də qonaqlar cəzalanıb.

2005-ci il dekabrın 10-da keçirilmiş görüşdə hər üç penaltini Pathe Banqura yerinə yetirib. Sumqayıt təmsilçisinin hücumçusu bu imkanlardan ikisindən istifadə edib. Həmin qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Sabah” “Neftçi”yə 2:1 hesabı ilə qalib gəlib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…