17 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan bu gün də özünün humanitar dəstək missiyasını davam etdirməkdədir

16 Aprel 2022

Azərbaycan xalqının və dövlətinin nəcib xüsusiyyətlərdən biri də çətin vəziyyətdə olan insanlara əl tutmaqla, yardım etməklə humanitar fəlakətlərin aradan qaldırılmasına töhfə verməkdir. Çünki Azərbaycan uzun illər erməni işğalı nəticəsində vandalizmə və vəhşiliklərə ən çox məruz qalmış ölkədir. Azərbaycan xalqı və dövləti çətinliyin nə olduğunu yaxşı bilir, ona görə də dünyada baş verən humanitar problemlərin aradan qalxmasına töhfə verməyə çalışmaqla belə hadisələrə biganə qalmadığını nümayiş etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
O bildirib ki, pandemiya dünyanı bürüdüyü zaman bu bəlaya qarşı mübarizədə hər kəsi həmrəyliyə çağıran və beynəlxalq səviyyədə bu məsələnin qlobal problem olduğunu ifadə edərək, BMT səviyyəsində tədbirlərə qoşulan ilk ölkə Azərbaycan olub. Azərbaycan pandemiyadan əziyyət çəkən və iqtisadi imkanları zəif olan ölkələrə koronavirusa qarşı mübarizəyə dəstək vermək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 17 milyon dollar yardım etməklə bu çağırışın önündə dayandı. O cümlədən Azərbaycan pandemiyadan əziyyət çəkən 80 ölkəyə müxtəlif tibbi ləvazimatlar, vaksinlər və digər formalarda birbaşa yardımlar göstərən çox az dövlətlərdəndir.
“Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu 2005-ci ilin oktyabrın 5-də Pakistanda baş vermiş güclü zəlzələ nəticəsində Müzəffərabadın Rara əyalətində dağılmış məktəbin yerində yeni qızlar məktəbi inşa etdirib. Vatikanda və Romada mühüm əhəmiyyət kəsb edən dini və tarixi abidələrin bərpasında yaxından iştirak edib, bu istiqamətdə beynəlxalq dəstək aksiyalarını davam etdirir.
Azərbaycanın beynəlxalq səviyyədə yardım və dəstək aksiyalarında iştirak edərək, müxtəlif proseslərdən əziyyət çəkən və humanitar fəlakətlə üzləşmiş insanların yanında olması, beynəlxalq səviyyədə mədəniyyət və dini abidələrin bərpasında iştirak etməsi dünyada azərbaycanlıları nəcib xüsusiyyətlərə malik və mərhəmətli xalq olaraq tanıdır”, – deyə deputat vurğulayıb.
A.Badamov diqqətə çatdırıb ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində ukraynalılar da humanitar çətinliklə üzləşiblər. Azərbaycan dövləti bu gün də özünün humanitar dəstək missiyasını davam etdirməkdədir. Prezident İlham Əliyevin tapşırığı ilə müharibədən əziyyət çəkən ukraynalılara fevral ayında – böhranın ilk günlərində dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan ibarət 6 milyon avro məbləğində, mart ayında ümumi məbləği 5,5 milyon dəyərində olan 380 tonluq humanitar yardımlar göndərib. O cümlədən Ukraynada hərbi əməliyyatlar nəticəsində əziyyət çəkən insanlara kömək məqsədilə Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri, eləcə də şəhər sakinləri tərəfindən toplanılan 30 tondan çox ərzaq və digər zəruri mallardan ibarət humanitar yardım Bakı şəhəri ilə qardaşlaşmış Kiyev şəhərinin sakinlərinə göndərilib.
“Azərbaycan böyük müharibə fəlakəti ilə üzləşmiş ukraynalılara humanitar yardımların göndərilməsini davam etdirir. Ukraynada yaşanan böhran nəticəsində Moldovaya köçkün düşmüş ukraynalılara dəstək məqsədilə Azərbaycan aprelin 15-də ümumi məbləği 1,7 milyon dollar olan 29 tonluq tibbi ləvazimatlar və dərman preparatları göndərib. Azərbaycan bundan sonra da fəlakətlərdən əziyyət çəkən və ehtiyacı olan insanlara yardım əlini uzadacaq. Yardım etməyi bacarmaq hər bir dövlətə və xalqa nəsib olmur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız birləşərək monolit olmaqla dövlətimizi gücləndirir və dünyada ölkəmizin sabitlik adası olduğunu nümayiş etdirir. Dövlətimizin başçısının uzaqgörən siyasəti nəinki ölkəmizdə, həm də beynəlxalq səviyyədə həmrəyliyə dəvət və dünya xalqları üçün çətin anlarda həmrəy olmağa çağırış edir”, – deyə Azər Badamov fikirlərini yekunlaşdırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…