50 baxış
Bu yazını paylaşın
Cəmiyyət

Azərbaycan bölməsi üzrə birincilərin məktəb seçimi başlayıb

15 May 2023

Mayın 15-i saat 11:00-dan etibarən orta məktəblərin Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsinə (məktəb seçimi) başlanılıb.

TELEJURNAL xəbər verir ki, bu gündən həmçinin, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesi da həyata keçiriləcək.

Proses mayın 31-i saat 18:00-a qədər davam edəcək.

İyunun 20-də tədris digər dillərdə aparılan məktəblərdə məktəb seçiminə başlanılacaq və proses sentyabrın 14-də yekunlaşacaq.

Eyni zamanda Bakı Avropa liseyi, Respublika incəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat da bu gündən başlayır. Qeydiyyat iyunun 27-si saat 18:00-a qədər davam edəcək.

Qeyd edək ki, mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılıb. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

20 İyul 2023
Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu…

Qazinin çənəsini sındırmaqda təqsirləndirilən idmançının məhkəməsi başlayıb

20 İyul 2023
Bu gün Binəqədi Rayon Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və…

Bu il 17 erkən nikahın qarşısı alınıb

19 İyul 2023
“2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı…

Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər 10% artıb

19 İyul 2023
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət…