22.10.2024 11:32:01
238 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan bölgədə yaranan yeni reallıqların əsas hərəkətverici qüvvəsi kimi mövqeyini daha da möhkəmləndirir

30 Yanvar 2022

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyini bəyan edib. İki ölkə arasında xüsusi nümayəndələrin təyin olunmasından sonra xüsusilə Ermənistan tərəfdən dialoqun intensivləşməsinə maraq hiss olunur. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib ki, Türkiyə hökuməti münasibətlərin normallaşması üçün ilkin şərtlər irəli sürməyib. Moskvada keçirilən ilk görüşdə tərəflər məqsəd və gözləntilər ətrafında müzakirə aparıblar. Ankara da öz növbəsində bəyan edib ki, əslində məqsəd münasibətlərin tam normallaşmasıdır. Ermənilər də bundan çox razıdırlar. Amma tam normallaşmaya aparan prosesdə xüsusi nümayəndələrin təyinatından başqa hansı addımlar atıla bilər? Xüsusi nümayəndələr bunun üzərində işləyir, növbəti görüşlərdə isə etimadın yaradılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputat qeyd edib ki, növbəti mərhələdə Ermənistan rəsmilərinin Türkiyəyə səfəri baş tutacaq. Belə ki, Türkiyə tərəfinin dəvəti ilə Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və xüsusi nümayəndə Rubin Rubinyanın Antalyada keçiriləcək diplomatik forumda iştirakı gözlənilir. Paşinyan özü də əslində dialoqun dinamikasının artmasını ölkəsi üçün fürsət adlandırıb. Həqiqətən də Azərbaycanla olduğu kimi, Türkiyə ilə münasibətlərin normallaşması daha çox Ermənistana lazımdır.
“Doğrudur, Türkiyə üçün qonşu ölkə ilə əlaqələrin qurulması regional inteqrasiya üçün əhəmiyyət kəsb edir. Ermənistan üzərindən daha geniş coğrafiyaya açılmaq əlbəttə, yeni imkanlar, bölgədə daha da möhkəmlənən nüfuz deməkdir. Ermənistan üçün isə həm Azərbaycan, həm də Türkiyə ilə əlaqələrin bərpası tək imkandır. Yəni, Azərbaycan və Türkiyə üçün bu normallaşma əlavə qazanc olduğu halda bu, Ermənistan üçün yeganə çıxış yoludur. Çünki 30 ildir, işğal siyasəti ucbatından özünü təcrid vəziyyətinə salan Ermənistan üçün indi yeni nəfəslik açılıb. Türkiyə tərəfinin verdiyi məlumata görə, fevral ayından etibarən qarşılıqlı uçuşlar başlayacaq. Bu isə çökmüş vəziyyətdə olan Ermənistan iqtisadiyyatı üçün hava və su qədər vacibdir” , – deyə K.Nurullayeva qeyd edib.
Deputat təəssüfləndiyini bildirib ki, Ermənistanda isə hələ də saxta soyqırımı iddialarını gündəmə gətirərək, normallaşmanı kəskin tənqid edən radikal qruplar var. Erməni lobbisi də normallaşmanın əleyhinədir. Lakin indiki vəziyyətdə lobbi Ermənistanda hökümətin qərarlarına təsirli təzyiq göstərmək gücündə deyil. ABŞ və Avropa İttifaqı da Ankara-İrəvan münasibətlərinin normallaşmasında maraqlı olduğunu açıqlayıb. Doğrudur, Qərbdə bu normallaşmaya Ermənistanın Rusiyadan asılılığının azalması ümidi ilə yanaşırlar. Lakin ilk görüşün məhz Moskvada keçirildiyini nəzərə alsaq, Ermənistanın hətta Türkiyə və Azərbaycanla əlaqələri bərpa etsə belə, forpost imicindən xilas olacağı inandırıcı görünmür.
“Beləliklə, Azərbaycanın öz ərazilərini işğaldan azad etməklə yaratdığı yeni reallıqlardan biri də budur. Bu gün bütün dünya Cənubi Qafqazda normallaşma prosesini Azərbaycanın böyük qələbəsinin nəticəsi kimi dəyərləndirir. Azərbaycan öz ərazilərini işğaldan azad etməsəydi, Ermənistanın bu gün Ankara ilə münasibətlərinin normallaşmasından danışmaq mümkün olmazdı” , – deyə Könül Nurullayeva vurğulayıb.
Deputat qeyd edib ki, Azərbaycan bölgədə yaranan yeni reallıqların əsas hərəkətverici qüvvəsi kimi bundan sonrakı mərhələlərdə mövqeyini daha da möhkəmləndirəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…
Back To Top