102 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycan Biznes İctimaiyyəti birgə bəyanat yayıb

10 Oktyabr 2020

Azərbaycan Biznes İctimaiyyəti birgə bəyanat yayıb.

Azərbaycanda Amerika Ticarət Palatası, Azərbaycanda Britaniya Biznes Qrupu (BBG), Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, İtaliya-Azərbaycan Ticarət Palatası və İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası Azərbaycan xalqına birgə dəstəklərini ifadə ediblər.

“Biz, münaqişə zonası xaricindəki mülki şəxsləri və kritik infrastrukturu hədəf alan son və davam edən hücumlar da daxil olmaqla, Ermənistan tərəfindən Azərbaycana qarşı edilən bütün hərbi əməliyyatları pisləyirik. Həmçinin, hərbi əməliyyatlar nəticəsində həyatlarını itirmiş şəxslərin ailələrinə başsağlığı verir və hamıya əmin-amanlıq arzu edirik.

Birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində və BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq həll edilməsinə çağırırıq.

Ötən günlər ərzində son 30 ildə ilk dəfə olaraq işğal altında olan bir neçə ərazinin erməni işğalından azad edilməsi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə qayıdacağına və davamlı sülhün bərqərar olduğu stabil bölgədə yaşayacağına ümid verir”, – deyə bəyanatda qeyd olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…