58 baxış
Bu yazını paylaşın
Siyasi

“Azərbaycan başqa nə etməli idi?” – Rusiyalı deputat

03 Oktyabr 2020

“Paşinyan bu rayonları tərk etməli və başa düşməlidir ki, müharibəni başqa cür dayandırmaq mümkün olmayacaq”.

“telejurnal” “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının millət vəkili Aleksey Juravlyov “Rossiya 1” kanalında Qarabağdakı vəziyyətlə bağlı teledebatda bildirib.

Juravlyov xatırladıb ki, Nikol Paşinyan 2018-ci ildə Ermənistanda ilk dəfə hakimiyyətə gələndə Bakıda da onun Qarabağ nizamlanmasına konstruktiv münasibət göstərəcəyi gözlənilirdi: “Ancaq onun elədiyi ilk iş Xankəndinə gedib “Bura əbədi bir erməni torpağıdır, heç bir güzəşt ola bilməz” demək oldu. Niyə belə etdi? O, bu əhval-ruhiyyə ilə millətçilərin əlinə oynayır. Əlbəttə, Azərbaycan başqa nə edə bilərdi?”.

Juravlyov həmçinin qeyd edib ki, Paşinyan bu əraziləri tərk etməli və başa düşməlidir ki, əks halda bunu (müharibəni – red.) dayandırmaq mümkün olmayacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…