43 baxış
Bu yazını paylaşın
İdman

Azərbaycan Basketbol Liqasında ilk finalçı bəlli olub

09 May 2023

Azərbaycan Basketbol Liqasında ilk finalçı bəlli olub.

TELEJURNAL  məlumatına görə, bu, yarımfinal seriyasının ikinci oyunundan sonra bəlli olub.

Belə ki, Sərhədçi İdman Mərkəzində “AAAF Xırdalan” ilə qarşılaşan “Sabah” qələbə qazanaraq ümumi hesabı 2:0-a çatdırıb və həlledici matça vəsiqə qazanıb.

“Futuristlər”in 83:77 hesablı qələbəsi ilə yekunlaşan matçın ən məhsuldar oyunçusu Deymon Makduel olub. “AAAF Xırdalan”ın basketbolçusu matç boyu 34 xal və 4 ribaundluq performans sərgiləyib.

Qalib komandanın heyətində isə Entoni Patti 25 xal, 7 riabundla qələbəyə töhfə verib.

Qeyd edək ki, yarımfinal seriyasının digər matçında “Gəncə” NTD ilə mübarizə aparır. İki komanda arasındakı ilk matç gəncəlilərin 101:73 hesablı qələbəsi ilə yekunlaşıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…